Şeyx İbrahim Qüdsi

Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov — tarixçi, şair.

Şeyx İbrahim Qüdsi
Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov
Təxəllüsü Гюдси, Шейх, Насех
Doğum tarixi
Doğum yeri Gəncə, Yelizavetpol dairəsi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Həyat yoldaşı Şeyx Fatma xanım
Uşaqları Şeyx İsa və 9 qızı
Atası Şeyx Həsən
Fəaliyyəti şair
Üzvlüyü

Şeyx İbrahim Şeyx Həsən oğlu 1816-cı ildə Gəncə şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Müəllim işləmişdi. Şeyx İbrahim şair idi. Naseh təxəllüsü ilə şer yazırdı. Sonra Qüdsi təxəllüsü işlətməyə başladı. Firudin bəy Köçərli onun haqqında yazır: "Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim təlim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Məlum ola ki, mərhum Mirzə Fətəli Axundov da həmin bu müdərrisdən təlim almışdır.

Şeyx İbrahimin ərəbcə və farsca yaxşı biliyi var imiş və müqtədir türk şairlərindən birisi hesab olunur. Qüdsi müdərrislik ilə və bir tərəfdən Gəncə şəhərinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbəsinin mütəvəlliliyi ilə güzəran edərmiş. 1255-də təəhhül edibdir. Belə rəvayət olunur ki, 1261-ci ilə kimi hər sənədə bir qızı vücuda gəlir imiş.

1261-ci tarixdə haqq-taala ona bir oğul kəramət edibdir və şair bundan ziyadə xoşhal olub, ona "Əliəkbər" ad qoyubdur və bu münasibətlə deyibdir: [1] Şeyx İbrahimin bir təxəllüsü də "Naseh"dir və bəzən "Şeyx" dəki yazarmış. Qüdsinin gözəl qəzəlləri var. Onlardan bir parası türkcədir, amma əsərlərinin çoxu farsi dilindədir. Xacə Hafizin qəzəllərinə timsal olaraq bir çox qəzəllər inşad etmişdir:

Ney taqəte-del dari,
Ney forsəte-didari,
Ney forsəte-didari,
Ney taqəte-del dari.

Qüdsi cənabları şiəməzhəb saliklərindəndir. Gəncənin müxtəsər tarixçəsini general Lazarevin xahişinə görə, yazıbdır ki, onun müsəvvədəsi əldədir. Cümleyi-əşarı dağınıq surətdə olduğu halda, eşitdiyimizə görə, hali-həyatda olan oğlu Şeyx İsa həzrətləri onları cəm etməkdədir. Ümidvar ki, tezliklə çapa verilsin.

Əşarından əlavə, "Tarixi-müqəddəs" kitabı dəxi tərtib edibdir və lakin mərhumun bu əsəri də hənuz çap olunmayıbdır. Çap olunmamış divanı da vardır. Divanına daxil olan şerlər və qəzəllər 150-dən ziyadədir. Cümlə qəzəlləri yeddi beytdən ibarətdir; artıq-əskiyi yoxdur. Əsərləri ələlümum üləma qisminin zəmminə və ruhani sinfinin çirkin və qəbih əməllərinə dair əsərlərdir.

Sabiqdə Gəncə şəhərində qəzavət edibdir və sonraları gimnaziya məktəbində müəllim olubdur. Belə ki, Gəncədə əvvəlinci əqaid və türk dilinin müəllimi bu zat olubdur. Bəzi rəvayətə görə, Şeyx İbrahimin Şeyx Nizami ilə qərabəti var imiş.

Şeyx həzrətləri ziyadə müttəqi və dindar bir vücud olduğundan ülumi-ilahiyyəyə artıq bələdiyyatı var imiş və Qurani-şərifi əzbər bilirmiş. İdareyi-ruhaniyyədə Şeyx İbrahim rəqabət imtahanı verərkən Qafqazın fərmanfərması—namestniki knyaz Vorontsov həzrətləri də orada var imiş. Şeyxi-mərhumun imtahan vaxtında izhar etdiyi elm və kamalını müşahidə edib, ona afərin və təhsin oxuyub, öz qızıl saatını da bəxş etmişdir.

Şeyx İbrahim 1282-ci tarixdə Gəncədə qəflətən vəfat edib; məqbərəsi İmamzadə qəbristanındadır. Şeyxi-mərhum ziyadə ağıllı, zəkavətli və hafizəli möhtərəm bir alim imiş".

Şeyx İbrahim Qüdsi 1869-cu ildə vəfat edib.

Şeyx İbrahim Şeyx Fatma xanımla ailə qurmuşdu. Şeyx İsa adlı oğlu və 9 qızı vardı. Onun iki oğlu var idi. Böyük oğlu Ələkbər 1844-cü ildə anadan olub. Deyilənə görə, 1866-cı ildə ölüb. İkinci oğlu Hacı İsa (1854-1921) sağlığında sahib olduğu indiki Tatılı kəndinə kəhriz çəkdirib. Həmin kəhriz hazırda durur. Mərhum Hacı İsanın yeganə oğlu Məmmədrza Şeyxzamanlı (1916-1989) Azərbaycanın xalq artisti idi.[2]

  1. Gəncə tarixi - poruçik L.Lazarev terefinden plagiatlıq edilerek rusca "Kavkaz" qezetinin 1846-cı il 41-ci nömresinde çap etdirmişdir.
  2. Tarix-i Müqəddəs

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gəncə mədrəsəsində təhsil almış, ərəb, fars dillərini və İslam elmlərini öğrənmişdir. "Divan-i Hikmətin Gəncə dönəminin toplantıları bəzən onun evində keçirilirmiş. Şeirlərini "Qüdsi", "Şeyx" və "Naseh" təxəllüləri ilə yazmışdır.

Eşq məmnu olsa, bəs icadi-hüsnə yox səbəb,
Əqli-qate hökmünə zənni rəvayət neyləsin?

Eşqdir bais ki, Yusif qissəsi əhsəndürür,
Qövli-həqqi danmasın sahibqəvayət, neyləsin?

Hüsni-izhar etməyin hüsnünü zahid bilməsə,
"Küntü kənzən" qövlünə yoxdur dirayət, neyləsin?

Vaiz olsa xudbəxud münkir gərəkdir olmaya,
Zahidin haqqı ona etmiş sirayət, neyləsin?

Hüsni-cazibdir və gər nə eşq olmaz kimsədə,
Eşqə gər dnl verməsin sahibkifayət, neyləsin?

Şükri-nemət etməmək küfrandır çün, Naseha,
Hüsni-qədrin bilməsin sahibhidayət, neyləsin?

Mərhum şeyxin əsərlərindən bundan artıq nümunələr ələ düşmədi ki, burada dərc olunsun.

  • Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı: 2 cilddə. Bakı: Elm. 1-ci cild, 1978, 599 səh.
  1. Qəməfza bəyani ke, dər məhzərəst, Ze mən yadeqare-Əli Əkbərəst. Keşidəm bəsi sağər əz xune-del, Həmana ke, tarixe-an "sağər" əst.
  2. [1][ölü keçid]