Şeyx Ədəbalı

Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı

Şeyx Ədəbalı
Doğum tarixi 1216
Doğum yeri
Vəfat tarixi 1326
Vəfat yeri
Milliyyəti Ərəb
Uşağı Rəbia Bala Malhun Xatun
Elm sahəsi Fiqh
Tanınmış yetirmələri Qumral Abdal, Dursun Fəqih
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı. Biləcikdə tikdirdiyi dərgahda, Osman Qazini də bir çox dəfə qonaq etmişdir.

Rəvayətə görə, Osman Qazi dərgahda olduğu bir gecə yuxusunda Şeyx Ədəbalinin sinəsindən bir ayın çıxıb öz sinəsinə girdiyini və sinəsindən bir böyük ağac çıxıb sahələrinin aləmi bürüdüyünü, altından bir çox çayların çıxıb insanların bu sulardan keçdiklərini görmüşdür. Şeyx Ədəbalı yuxunu belə yoxmuşdur:

Sən, Ərtoğrul Qazi oğlu Osman, atandan sonra bəy olacaqsan. Qızım Bala Xatun ilə evlənəcəksən. Məndən çıxıb sənə gələn nur budur. Sizin nəslinizdən necə padşahlar gələcək və nə qədər dövlətləri bir dam altında toplayacaqlar və Allah nə qədər insanın İslama qovuşmasına sənin nəslini vəsilə edəcək.

Biləcikdə və Əskişəhərdə adına türbələr inşa edilmişdir. Vəfatından bir ay sonra qızı, dörd ay sonra da kürəkəni Osman Qazi vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]