Şeyx Bəhaəddin (memar)

Şeyx Bəhaəddin (XVI əsrXVII əsr) — XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan memarı və alimi.[1] Gəncənin XVII əsrin əvvəllərində tikilmiş mərkəzi ansamblının müəllifidir.[1]

Şeyx Bəhaəddin
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi XVII əsr
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Gəncə
Əsas tikililəri

Gəncənin XVII əsrin əvvəllərində tikilmiş mərkəzi ansamblının müəllifidir. Belə ki, Gəncənin mərkəzində yerləşən Şah Abbas məscidinin,[2] Çökək hamamın, Şah Abbas karvansarasının[3] memarı odur.[1] Tovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə məscidin də memarının Şeyx Bəhaəddin olduğu ehtimal edilir.[4]

  1. 1 2 3 Шејх Бәһаәддин // Азәрбајҹан Совет Енсиклопедијасы (az.). Bakı: Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyası. 1987. 486.
  2. Salamzadə, Əbdülvahab. Архитектура Азербайдана XVI-XIX вв (rus). Bakı: Издательство Академии наук Азербайджанской ССР. 27. 2024-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  3. Xəlilov, Zabit. "Qədim Gəncənin tarixi inciləri - karvansaralar". respublika-news.az (az.). 2024-05-18. 2024-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  4. Mustafa, İlham. "Tarixin SOS siqnalı: 999-dan birini itiririk". Ayna.az (az.). 2024-02-18. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.