Şah Abbas məscidi (Tovuz)

Şah Abbas məscidi və ya Yanıqlı məscidiTovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə aid tarixi məscid.

Şah Abbas məscidi
Yanıqlı Məscidi
Xəritə
40°50′33″ şm. e. 45°40′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Tovuz
Yerləşir Yanıqlı kəndi
Memar Şeyx Bəhaəddin
Tikilmə tarixi XVII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti Qəzalı
İstinad nöm.4161
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Məscid binasının planı

Yanıqlı məscidi I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir.[1] Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin[2] tərəfindən inşa edildiyi güman edilir.[1][3]

1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib.[1] 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir; daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilmişdir.[4] Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülmüşdür.[4]

Məscidin dəqiq inşa tarixi naməlumdur.[4] Mərkəzi günbəzlə örtülmüş kvadrat həcmli məscid tipi onun memarlığını Gəncədəki Şah Abbas məscidinin memarlığı ilə yaxınlaşdırır.[5] Ə.Salamzadə tikilinin bu xüsusiyyətini və günbəz-tağ tipli tikililərə xas inşaat xüsusiyyətlərini nəzərə alaraq məscidin inşa tarixini XVII əsrə aid edir.[5]

Yanıqlı məscidi bəzi xüsusiyyətlərinə görə Gəncədəki Şah Abbas məscidindən fərqlənir. İlk növbədə Yanıqlı məscidinin xarici həcmində dərin portal nişləri yoxdur və onlar binanın daxili həxminə salınmışdır.[5] Nəticədə məscid Abşeronun planda xaçvari görünüşə malik olan XV-XVI əsr məscidləri ilə oxşar xarakter almışdır. Salamzadə Məscidin divarlarının Gəncənin Şah Abbas məscidi ilə müqayisədə əhəmiyyətli dərəcədə qalınlığa malik olması da xüsusi diqqət çəkir.[5]

Bina daxilində mehrabın yerləşdirilməsi xüsusi formada həll edilmişdir. Burda mehrab, adi divar səthi əvəzinə dərin niş daxilində yerləşdirilmişdir ki, bu da onun xüsusi vurğulanmasını təmin edir.[5]

Binanın divarları və dam örtüyü kvadrat formalı bişmiş kərpiclə tikilmişdir. Bünövrənin inşasında qumdaşından istifadə olunmuşdur.[5]

  1. 1 2 3 4 Mustafa, İlham. "Azərbaycan 999-lardan daha birini itirir..." sputnik.az. 10:02 06.04.2017. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2018.
  2. "Azərbaycandakı Şah Abbas məscidi tamamilə dağıla bilər". islam.az. APA. 30 Avqust, 2008. İstifadə tarixi: 1 oktyabr 2018.[ölü keçid]
  3. Mustafa, İlham. "Tarixin SOS siqnalı: 999-dan birini itiririk". Ayna.az (az.). 2024-02-18. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  4. 1 2 3 Саламзаде, 1964. səh. 28
  5. 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 30
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]