Şeyx Məhəmmədəli Hüseynoğlu (ərəbcə: ----(Şeyx Məhəmmədəli ibn Hüseyn ibn Allahyar, gürcücə: შეიხ მაგომედალი ჰუსეინოღლი) (1889 Tiflis quberniyası, Borçalı qəzsı, Sarvan – 1937, Sibir, RSFSR) 1930 – 1935-ci illərdə Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsinin Sədri, görkəmli din xadimi, ilahiyyatçı mütəfəkkir.
ŞEYX MƏHƏMMƏDƏLİ HÜSEYİNOĞLU | |
---|---|
Şeyx Məmməhmədli Axund Ağa Hüseyin-oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Tiflis quberniyası, Borçalı qəzası, Sarvan |
Vəfat tarixi | |
Vəfat yeri | Sibir,RSFSR |
Vəfat səbəbi | güllələnib |
Şexy Məhəmmədəli Axund Ağa Hüseyin-oğlu 1889-cu ildə Borçalının Sarvan kəndində (indiki Marneuli şəhəri) görkəmli din xadimi Axund Ağa Hüseyn Allahyar-oğlunun ailəsində dünyaya göz açmışdır. İlk uşaqlığı Sarvanda və Tiflis şəhərində keçmişdir. Uşaqlıqdan babası Allahyar ağanın himayəsində tərbiyə almışdır. Erkən gəncliyində Şeyx Məmmədəli ərəb, fars və rus dillərində sərbəst danışa və yaza bilirdi.
Şeyx Məhəmədəli İlk gənclik çağlarından Sarvanda fəaliyyət göstərən islam məktəbində təhsil almışdır. 1915-ci ildən sonra İranda, Məşhəd Ali Dini Mədrəsəsini bitirmiş. Daha sonra islam hüququ və ilahiyyat üzrə ali dini təhsilini Bağdad Mədrəsəsində davam etdirmişdir.
1925-ci ildən sonra Şeyx Məhəmmədəli Borçalıya qayıdır və Zaqafqaziya Müsəlmanları Ali Ruhani idarəsində fəaliyyətə başlayır. Lakin sovet rejiminin islam dininə qarşı apardığı ateist siyasət Şeyx Məhəmmədəlinin əli-qolunu bağlayır. 1929-cu ildən etibarən Şeyx Məhəmmədəli evində təxminən 20 min ədəd kitab və əlyazmadan ibarət kitabxana təşkil etmişdir. 1927-ci ildən etibarən Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsi Qazilər Şurasının üzvü olmuşdur. 1930-cu ildə Zaqafqaziya Müsəlmanları Ali Ruhani İradarəsinin Sədri seçilmişdir və və vəzifəni 1935-ci ilə qədər icra etmişdir. Şeyx Məhəmmədəlinin müsəlman əhalisi arasındakı böyük nüfuzu o vaxtkı Gürcüstan SSR-nin və ZSFSR-in kommunist rəhbərliyinin xoşuna gəlmirdi. 1935-ci ildə Şeyx Məhəmmədəlinin Gürcüstan SSR XDİK (NKVD) Baş Siyasi İdarəsi tərəfindən həbs edilərək Sibirə sürgün olunmuşdur. 1937-ci ildə saxta ittiham əsasında güllələnmişdir. Şeyx Məhəmmədəlinin həbs edildikdən sonra onun təşkil etdiyi kitabxana yandırılmışdır.
Məmməd Sarvan, "Ulu Borçalı" – Bakı, Elm 1998 -370c. İSBN 5-8066-0850-6
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |