Şeyx Zayed məscidi

Şeyx Zayed məscidi (جَامِع ٱلشَّيْخ زَايِد ٱلْكَبِيْر) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşir. Dünyanın ən iri altı məscidindən biri.[1][2][3] Məscid yaxınlıqda dəfn olunan Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın şərəfinə adlandırılıb. Məscid rəsmi olaraq 2007-ci ilin Ramazan ayında açılıb.

Şeyx Zayed məscidi
جَامِع ٱلشَّيْخ زَايِد ٱلْكَبِيْر
Xəritə
24°24′43″ şm. e. 54°28′26″ ş. u.HGYO
Ölkə  BƏƏ
Şəhər Əbu-Dabi
Yerləşir Əbu-Dabi
Tikilmə tarixi 20 dekabr 2007
Üslubu Moğol memarlığı
Vəziyyəti stabil
Rəsmi sayt szgmc.ae
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu məscid Dubaydakı Cümeyra məscidi ilə birlikdə istisna hal daşıyır. Çünki hamıya ora daxil olmaq (yalnız müsəlmanlar deyil) icazəsi verilir. Turizm Nazirliyi 2008-ci ilin mart ayının ortalarından etibarən məscidə ekskursiyaların müsəlmanlar və qeyri-müsəlmanlar üçün açıq olduğunu açıqlayıb.[4] Zayed məscidinə giriş və turlar pulsuzdur.

Şeyx Zayed məscidi BƏƏ-nin sonuncu əmiri Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Elə bu səbəbdən də onun qəbri məscidin yaxınlığındadır. Ölkənin əsas məscidi olduğundan burada Cümə və Bayram namazlarında əhalinin ibadətə üçün sıx toplaşdığı yer olur. Bu məscid BƏƏ-nin ən böyük məscididir. Belə ki, Bayram namazında bura toplaşanların sayı 40.000 nəfərə çatır. Şeyx Zayed məscid mərkəzinin ofisi şərq minarələrində yerləşir. Bura hər gün müntəzəm olaraq ziyarətçilərin din və ölkənin mədəniyyəti haqda məlumatlanması üçün müəyyən işlər görür, eyni zamanda Cümə namazına da hazırlıqlar edilir. Şimal-şərq minarələrində yerləşən kitabxanada bir sıra klassik dövr İslam dininə aid nəşrlər, 200 ildən çox yaxşı olan qəpiklər, xəttatlıq nümunələri saxlanmaqdadır. Bir çox İslam ölkələrindən fərqli olaraq burada yalnız ərəb dilində yox, ingilis, fransız, italyan, ispan, alman və koreya dillərində də məlumatlar var.

Şeyx Zayed məscidinin inşaat və tərtibat məsələlərində sanki “dünya birləşir”: bütün bu işlərin həlli prosesində Türkiyə, BƏƏ, İran, Malaziya, Çin, Birləşmiş Krallıq, Yunanıstan, Yeni Zelandiya, Mərakeş, Almaniya kimi ölkələr iştirak edib. Oradan bir sıra inşaat məhsulları gətirilib və sənətkarlar dəvət olunub. 3000-dən çox işçi və 38 tikinti şirkəti işə cəlb olunub. Təbii materiallar öz dizaynı və uzun müddət keyfiyyətini itirməməsi baxımından seçilmişdir. Məsələn, mərmər daşlar, qızıl, keramika, büllür, kristallar və s. məscidin tərtibatına xüsusi gözəllik verir. Şeyx Zayed məscidinin inşası zamanı Monqol və Məğrib memarlığından bəhrələnilib. (Lahordakı Badşahi məscidi və Kasablankadakı II Həsən məscidi) Qübbə və mərtəbələrin planı Badşai məscidində olduğu kimi tərtib olunub. Buradakı arkalar Məğrib üslubundadır. Minarələr isə klassik ərəb minarələrini xatırladır. Məscidin dizaynında Ərəb, Məğrib və Monqol üslubları birləşdirilib. Onun ərazisi 40000 insanın eyni anda ibadət edə biləcəyi qədər genişdir. Əsas ibadət otağında 7000 nəfərin yerləşməsi mümkündür. Ondan başqa hər biri 1500 nəfər üçün hesablanmış 2 ibadət otağı da mövcuddur. Bunlardan biri qadınlar üçündü.

Şeyx Zayed məscidinin çöx özəl və unikal elementləri vardır. Məsələn, əsas ibadət otağının xalçası. Bu xalça Dünyanın ən böyük xalçası sayılır. İran xalça şirkətlərinin birində İran xalçaçısı Əli Xaliqi tərəfindən hazırlanıb. Onun ümumi sahəsi 5,627 m²-dir. Hazırlanmasında 1200-1300 xalça düyünləyicisindən istifadə edilib. Çəkisi 35 tondur. Yeni Zenlandiya və İrandan gətirilmiş yundan hazırlanıb. İşlənməsində 2,268,000 ilmə vurulub. Xalçanın hazırlanması iki ilə başa gəlib. Məsciddə onun tərtibatında böyük önəm daşıyan Almaniya istehsalı 7 çilçıraq var. Onlar Svarovski daşlarla işlənib. Üçüncüsü dünyanın ən böyük çilçırağıdır və onun diametri 10 m, hündürlüyü 15 m-dir. Arkaların qarşısındakı hovuzlar, məscidin möhtəşəm sütunları buranın gecə görüntüsünə maraq qatır. Unikal işıqlanma sistemi işıq mühəndisi Conatan Spiers tərəfindən hazırlanıb. Əsas ibadət zalının 96 sütunu var. bu sütunlar mərmərdəndir və üzrə I sədəflə işlənib. Allahın 99 adı Kufi üsulu ilə Qiblə divarında yazılıb. Onun tərtibatçısı BƏƏ xəttatı Məhəmməd Mandi Əl Tamimidir. Qiblə divarında üzvi dizaynın bir hissəsi olan xüsusi optic işıqlanma sistemi quraşdırılıb. Ümumiyyətlə, 3 xəttatlıq üsulu- Nəsxi, Kufi və Sülüsdən istifadə olunub. Məsciddə bütün bu xəttatlıq nümunələri BƏƏ xəttatı Məhəmməd Mandi Əl Tamimi, Suriya xəttatı Farux Həddad və İordaniya xəttatı Məhəmməd Əlləm tərəfindən işlənib.

  1. Sheikh Zayed Bin Sultan Al Nahyan Mosque — Abu Dhabi Arxiv surəti 1 iyun 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-06-01 at the Wayback Machine (ing.) (Yoxlanılıb 23 aprel 2009)
  2. Islamic architecture provides inspiration for MELDA winner Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (ing.) (Yoxlanılıb 23 aprel 2009)
  3. Regional buildings have never looked so good Arxivləşdirilib 2021-09-01 at the Wayback Machine (ing.) (Yoxlanılıb 23 aprel 2009)
  4. "Zayed mosque to allow guided tours". Gulf News. 2008-02-20. 2008-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-23. (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]