Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan

Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi[3][4]2 noyabr 2004[1][2][…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti.[5][6][7] 1966–2004-cü illərdə Əbu-Dabi əmiri.[8]

Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan
ərəb. زايد بن سلطان آل نهيان
Birləşmiş Ərəb Əmirliyinin Prezidenti[d]
2 dekabr 1971 – 2 noyabr 2004
Əbu-Dabi əmiri[d]
2 avqust 1966 – 2 noyabr 2004
SonrakıXəlifə ibn Zeyd Əl-Nəhayan[d]
Şəxsi məlumatlar
Doğum tarixi 6 may 1918(1918-05-06)
Doğum yeri
Vəfat tarixi 2 noyabr 2004(2004-11-02)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, şair
Uşaqları
Ailəsi Əl Nəhayan sülaləsi[d]
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır.[9][10][11][12]

Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib.

Şeyx Zeyd oğlu Xəlifə bin Zeyd ilə.

Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb. O, Şeyx Sultanın 1922–1926-cı illərdə Əbu-Dabi Əmirliyini idarə edən həyat yoldaşı Salama bint Butti əl-Qubaisidən dörd oğlunun ən kiçiyi idi. Atası vəfat edəndə onun cəmi 8 yaşı var idi və o, uzun müddət Ərəbistan yarımadasını sərgərdan halda dolaşmaq məcburiyyətində qaldı.

1930-cu illərdə əmirliyi idarə edən qardaşı II Şeyx Şahbut ona səhrada karbohidrogen ehtiyatları axtarışı aparan Qərb geoloqlarını müşayiət etməyi tapşırmışdı. 1946-cı ildə o, doğulduğu Əl Əyn şəhərinin hökmdarı təyin edilir. Onun rəhbərliyi ilə vahədə fəal tikinti başlanır, ticarət canlanır, kənd təsərrüfatı inkişaf etməyə başlayır. 1966-cı ilin avqustunda Şeyx Zeyd Şeyx Şahbutu hakimiyyətdən uzaqlaşdıraraq Əbu-Dabi əmirliyinin başçısı oldu. 1971-ci ilin dekabrında 6 knyazlığın əmirləri (1972-ci ilin fevralında Rəs əl-Xəymə əmiri onlara qoşuldu) Əbu-Dabi hökmdarını prezident seçərək BƏƏ federasiyasının yaradılmasını elan etdilər. Bu, həm Əbu-Dabi federasiyasında (ən böyük, ən sıx və ən zəngin əmirlik) rolu və yeri, həm də unikal dövlətin formalaşması və inkişafına verdiyi töhfəni vurğuladı.

Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan 33 ilə yaxın BƏƏ prezidenti vəzifəsində çalışıb. 2 dekabr 2001-ci ildə o, yeddinci beşillik müddətə yenidən BƏƏ prezidenti seçildi. Forbes jurnalı onun indi böyük oğlu Şeyx Xəlifəyə miras qalan şəxsi sərvətini 20 milyard dollar qiymətləndirib.

Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan 1992-ci ildə 3 milyard 671 milyon dirhəm nizamnamə kapitalı ilə məscidlərin, mədəni və elmi tədqiqat mərkəzlərinin tikintisi, təbii fəlakətlərdən zərər çəkmiş ərazilərə yardım göstərilməsi kimi bir çox layihələrin maliyyələşdirilməsi ilə məşhurlaşan Zayed Fondunu qurub.[13]

Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan 2004-cü il noyabrın 2-də Əbu-Dabi şəhərinin şərq kənarındakı sahilyanı Əl-Baher sarayında vəfat etdiyi gün ölkə hökumətində son 27 ildə ən böyük dəyişikliyi həyata keçirə bildi. Xüsusilə Körfəz ölkələrində ilk dəfə olaraq qadın nazir vəzifəsinə təyin edildi. Ölümün rəsmi səbəbi açıqlanmadı.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Uzun ömrü boyu Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan hazırda yüksək dövlət vəzifələrində çalışan və ya bizneslə məşğul olan 19 oğul böyüdüb.[14] Onun 11 qızı olduğu da məlumdur. Qərb mənbələrinə görə, o, doqquz (və ya yeddi) dəfə evlənib. Lakin şəriət qaydalarına uyğun olaraq, bir dəfəyə 3–4 arvadı olub.

Şeyx Zeyd 70-ci illərin ortalarında Əl-Qeyrəvan şəhərinə səfəri zamanı izdihamı salamlayır
  • Əbu-Dabidə "Zayed Sports City" idman kompleksi, həmçinin onun ərazisində yerləşən futbol və kriket stadionları şeyxin adını daşıyır.
  • Şeyx Zayed şossesi Dubaydakı E11 magistralının adıdır.
  • Şeyxin şərəfinə dövlətin ali ordeni təsis edilib.
  • Çeçenistan Respublikasının Qudermes şəhərində Şeyx adına Hafiz məktəbi tikilib.
  • O, Şeyx Zayed məscidinin sağ tərəfində dəfn edilib, dəfn olunduğu gündən 24 saat fasiləsiz olaraq qəbri üzərində Quran oxunub.
  • Nyu-Yorkda BƏƏ-nin "Sağlam Böyrək 10K" marafonu onun xatirəsinə keçirilir.
  • Luvrun sarayın və muzeyin tarixinə həsr olunmuş 2016-cı ildə açılmış bölməsi BƏƏ-nin qurucu şeyxinin adını daşıyır — bu barədə müqavilə Əbu Dabidə Luvrun filialının açılması layihəsi ilə eyni vaxtda imzalanıb.
  • Xəlifə ibn Zeyd Əl-Nəhayan (1948–2022) — Əbu-Dabinin hökmdarı və 2004–2022-ci illərdə Birləşmiş Ərəb Əmirliklərinin 2-ci prezidenti.
  • Sultan ibn Zeyd Əl-Nahayan (1955–2019) — Birləşmiş Ərəb Əmirlikləri Baş nazirinin müavini 1997–2009.[15]
  • Məhəmməd ibn Zeyd Əl-Nəhayan (1961-ci il təvəllüdlü) Əbu-Dabinin hökmdarı və 2022-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin 3-cü prezidenti.
  • Həmdan ibn Zeyd Əl-Nəhayan (1963-cü il təvəllüdlü) Baş nazirin müavini və əmirin Dhafra bölgəsindəki nümayəndəsidir.
  • Həzzə ibn Zeyd Əl-Nəhayan (1965-ci il təvəllüdlü) BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri.
  • Səid ibn Zeyd Əl-Nəhayan (1965–2023) — iş adamı və idman funksioneri.
  • Saif ibn Zeyd Əl-Nahayan (1968-ci il təvəllüdlü) 2004-cü ildən BƏƏ-nin daxili işlər naziri.
  • Təhnun ibn Zeyd Əl-Nahayan (d. 1969) — 2016-cı ildən Milli Təhlükəsizlik Müşaviri.[16][17][18]
  • Mənsur ibn Zeyd Əl Nəhayan (1970-ci il təvəllüdlü) Prezident İşləri Naziri.
  • Abdulla ibn Zeyd Əl-Nahayan (1972-ci il təvəllüdlü) 2006-cı ildən BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri.
  1. 1 2 Sheikh Zayed bin Sultan Al-Nahyan (ing.). // The Daily Telegraph / C. Evans London: 2004. ISSN 0307-1235; 1477-3805
  2. 1 2 Sheikh Zayed bin Sultan al-Nahyan (brit. ing.). // The Independent Britain: 2004. ISSN 1741-9743
  3. 1 2 Sheikh Zayed ibn Sultan Al Nahyan // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  5. Hamad Ali Al Hosani. "The Political Thought of Zayed bin Sultan Al Nahyan" (PhD Thesis). 5 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 April 2016.
  6. Martin, Douglas. "Zayed bin Sultan, Gulf Leader and Statesman, Dies". The New York Times. 3 November 2004. 30 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
  7. Killgore, Andrew I. "Sheikh Zayed bin Sultan Al Nahyan (1918–2004)". en:Washington Report on Middle East Affairs. March 2005: 41. 5 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 April 2013.
  8. Helene von Bismarck. British Policy in the Persian Gulf, 1961–1968: Conceptions of Informal Empire. Palgrave Macmillan. 29 March 2013. səh. 183. ISBN 978-1-137-32673-7. İstifadə tarixi: 14 May 2022. On the evening of 4 August, a letter was eventually delivered to Nuttall in the political agency in Abu Dhabi, stating the desire of the 'Heads and lawful representatives of [the] Ruling family' to depose the ruler and asking the British Government for its help in removing him from the shaikhdom
  9. Salim, Sahim. "UAE themes: From Year of Zayed to Giving and Tolerance". Khaleej Times (ingilis). 22 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  10. Freelance, Motivate. "Sheikh Khalifa announces 2021 as Year of the 50th". Gulf Business (ingilis). 2021-03-16. 22 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  11. "Year-long grand celebrations marking 50 years of UAE". gulfnews.com (ingilis). 16 March 2021. 22 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  12. Monsy, Karen Ann. "Watch: Sheikh Zayed at first police graduation ceremony 50 years ago". Khaleej Times (ingilis). 7 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  13. "الصفحة الرئيسية". www.zayed.ae (ərəb). 4 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-04.
  14. "The UAE's new sheikh may jolt both succession and federation". The Economist. ISSN 0013-0613. 29 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 26, 2022.
  15. "Sheikh Khalifa's brother passes away, 3-day mourning declared in UAE". en:Khaleej Times (ingilis). 2019-11-19. 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
  16. "Bjj Eastern Europe – The Black Belt Sheikh: The Incredible Journey of Tahnoon the Godfather of Jiu-Jitsu". www.bjjee.com (English). 5 May 2016. 13 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
  17. Blum, Sam. "UFC to UAE: how an Abu Dhabi sheikh made Brazilian jiu-jitsu a national sport". The Guardian. 29 August 2015. 14 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
  18. "Sheikh Tahnoon bin Zayed bin Sultan Al Nahyan – The World's Richest Arabs". Forbes Middle East (ingilis). 9 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]