Şişyarpaq şümşə

Şişyarpaq şümşə

Şişyarpaq şümşə
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Aquifolium croceum Raf.
  • Aquifolium ferox Mill. ex Rafin.
  • Aquifolium heterophyllum Raf.
  • Aquifolium ilex Scop.
  • Aquifolium lanceolatum Raf.
  • Aquifolium planifolium Raf.
  • Aquifolium spinosum Lam.
  • Aquifolium undulatum Raf.
  • Aquifolium vulgare St.-Lag.
    • Ilex aquifolium var. barcinonae Pau
  • Ilex balearica Desf.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Şimali Afrika,Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl,sıx piramidal və ya uzunsov çətirli ağacdır.Aşağı əyilən və ya düz yönələn budaqları möhləm,şabalıdı,Qonur rəngli qabıqla örtülmüşdür.Bozumtul -qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur.Yarpaqlarının uzunluğu 2-10 sm,eni isə 2-4,5 sm-ə çatan,yumurtavari və ya tərsyumurtavari formada olub,kənarları 2-9 batıq dişli ,dalğavari,parlaq,dərivaridir,üstdən tünd-yaşıl,altdan tutqun rənglidir.Aprel-may aylarında çiçəkləyir.Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda,çətirvari qalxanlarda yerləşir.Çiçəkləri ağ,ətirli,4-5 üzvlü olub,qısa,çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.Meyvəsi 7-11 mm uzunluğunda,5-10 sm enində olub,qırmızı rəngli,kürəvi və ya yumurtavarıdır,4,bəzən 5 çəyirdəklidir.Çəyirdəkləri çoxtilli olub,uzununa qabırğalıdır.meyvəsi sentyabr-oktyabr aylarında yetişir.Toxumla çoxaldılır.

Rütubətə və torpağa tələbkardır.Quru və ağır torpaqlarda nisbətən yavaş böyüyür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakıda,Lənkəranda,Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir.

Bitkini budamaqla müxtəlif forma vermək olur.Canlı çəpərlərin salınmasında və dekorativ kompozisiyaların tərtibatında,eyni zamanda tək əkinlərdə istifadə olunur.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 125.