Şibuy

Şibuy interyeri.

Şibuy (渋い?)yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin.[1] Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır.[1] Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər.[1] Şibusa (渋さ?)şibumi (渋み?) isim formalarıdır.[1]

Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabiiki kimi konsepsiyaları əhatə etmişdir.[1] "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir.[1] Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi.[1] Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir.[1] Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur.[1]

Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi.[1] Şişirdilmiş, rəngarəng gözəllik sofistikə olmayan şəxslərə uyğun idi, lakin şibuy gözqamaşdırıcı gözəlliyə aldanmayan, bütün növ gözəlliklərdən doymuş şəxslərə aid edilirdi.[1]

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Şibuya meyl müasir Yaponiyada da davam edir və sadə estetika anlayışını formalaşdıraraq memarlıq, interyer dizaynı, keramika və digər incəsənət sahələrində özünü götürür.[2] Termin Yaponiya beyzbolunda da istifadə olunur: meydançada şou sərgiləməyən, amma nəzərə çarpmayan yollarla komandasına əhəmiyyətli töhfələr verən beyzbolçuya şibuy deyilir.[2]

Şibuy konsepsiyası 1960-cı illərdə Qərb dünyasında da tanınmağa başlamışdır.[2] Belə ki, ABŞ-nin "House Beautiful" jurnalı şibuy haqqında iki xüsusi buraxılış yayımlamışdır.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 85–86. ISBN 0-87011-627-4. İstifadə tarixi: 3 fevral 2023.