Şimal-Cənub modeli — Kolumbiya Universitetində çalışan iqtisadçı professor Ronald Findli tərəfindən ortaya çıxarılmış model. İnkişaf iqtisadiyyatında yer alan bu model, daha az inkişaf etmiş "Cənub" və ya "kənar" iqtisadiyyatının ticarətdən istifadə edərək "Şimal" və ya "özək" iqtisadiyyatı ilə yaratdığı qarşılıqlı təsir və əlaqədən bəhs edir. Şimal-Cənub modeli, iqtisadiyyatdakı asılılıq üzərində işləyən nəzəriyyəçilər tərəfindən asılılıq nəzəriyyəsi üçün "nəzəri iqtisadi əsaslandırma" kimi istifadə olunur.[1]
Bu modelin Şimal və Cənub, o cümlədən onlar arasındakı əlaqələr haqqında bir neçə tənqidi fərziyyəsi vardır.[2]
Şimal-Cənub modeli hər ölkənin iqtisadiyyatı üçün xarakterik olan formulları müəyyən etməklə başlayır və bu nəticəyə gəlir ki, Cənubdaki artım dərəcəsi Şimaldakı dərəcə ilə qırılmaz sürətdə bağlıdır.[3] Bu nəticə, böyük ölçüdə, ölkələr arasındakı ticarət şərtlərinin təhlilindən də asılıdır (məsələn, istehsal olunmuş və ilkin məhsullar arasındakı qiymət nisbəti). Ticarətin şərtləri, , ilkin məhsulların qiymətinin istehsal olunmuş məhsulların qiymətinə nisbəti ilə tapılır.
Tarazlıq nöqtəsini müəyyənləşdirmək üçün, Valras qanununda olduğu kimi yalnızca məhsullardan biri üçün olan bazara baxmaq kifayətdir. Əgər biz burada Cənub məhsulları (ilkin məhsullar) üçün olan bazarı nəzərə alsaq, Cənubdan idxal üçün tələbat, M, Şimaldakı hər nəfər üçün olan istehlakın müsbət, ticarət şərtlərinin isə mənfi funksiyasıdır (-nın çox olması, ilkin məhsulların nisbi qiymətinin yüksək və bu məhsullara olan tələbatın daha az olması mənasına gəlir). Bu bərabərliyin təklif tərəfi isə Cənubdan idxal olunan ilkin məhsulların ixracından əldə olunur. Bu, ticarət şərtlərinin və Cənubun ilkin məhsullar üçün olan məcmu istehlakının müsbət funksiyasıdır.
Bu qrafik, artım dərəcəsi Cənubda Şimaldan daha çox olduğu zaman ticarətin həqiqi şərtlərinin azalmasını daha da aydınlaşdırır (çünki, tələbin elastikliyinin vahidə bərabər olması səbəbindən, ixrac əyrisi idxal əyrisindən daha sürətlə sağa hərəkət etməlidir). Ortaya çıxan nəticə ticarət şərtlərində azalma və Cənub üçün daha kiçik artım sürəti kimi xarakterizə olunur. Bu bir daha onu göstərir ki, Cənubdakı artım dərəcəsinin Şimaldakı dərəcədən birbaşa asılılığı vardır.
Əldə olunan və asılılıq nəzəriyyəsi ilə bir növ uyğunlaşan bu nəticə onu bildirir ki, Cənub heç vaxt Şimaldan daha sürətlə inkişaf edə bilməyəcək və beləliklə, onlar heç vaxt eyni iqtisadi gücə sahib ola bilməyəcəklər.
Bir çox iqtisadi nəzəriyyələr, o cümlədən Şimal-Cənub modeli idxal əvəzləməsi haqqındakı arqumentlərə əsas gətirmək üçün istifadə olunmuşdur. Bu nəzəriyyə altında, daha az inkişaf etmiş ölkələr ticarətdə qoruyucu tariflər kimi maneələrdən istifadə edərək öz sənayelərini xarici rəqabətdən qorumalı və onlara qlobal rəqabətdə irəliləyə biləcəkləri nöqtəyə qədər inkişaf etməyə icazə verməlidir.[4] Bundan əlavə, Şimal-Cənub modelinin yalnızca tamamilə ixtisaslaşmış ölkələrə tətbiq edildiyini qeyd etməkdə fayda var. Onlar xarici bazarlarla yarışmırlar, yəni onlar istehsal etdikləri məhsulların yeganə təchizatçısıdırlar.[5]