Şimal könlücəsi (lat. Eptesicus nilssonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin könlücə cinsinə aid heyvan növü.
Şimal könlücəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Şimal könlücəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Orta ölçülü növdür (kütləsi 8,0 – 14,5 q, bədəninin uzunluğu 50-60 mm, quyruğun uzunluğu 39-47 mm, qulaqların uzunluğu 12-15 mm, bazusu 37,5-43,0 mm-dir). Qulaqları nazik dərilidir. Qulağın qısa dəri çıxıntısının orta hissəsi enlidir. Qanadları nazik, ucları isə itidir. Xəzi sıx, nisbətən uzun və yumşaqdır. Bədənin üst hissəsində ikirəngli (qızılı çalarlı tünd qonur) alt hissəsidə noxudu bozdur.
Bütün Şimal Avroasiyada yayılmışdır. Arealın cənubunda hər yerdə nadirdir. Azərbaycanda şimal yarasasına Masallı rayonunun Viləşçay ətrafında təsadüf edilmişdir.[3]
Biologiyası kifayət qədər öyrənilməmişdir. Tikililərin müxtəlif hissələri, az hallarda qaya və ağac koğuşlarının yarıqları onların yay sığınacaqları hesab olunur. Kiçik koloniyalar halında erkəklərdən ayrı yaşayan dişilər iyun-iyul əvvəlində iki bala verirlər. Ova çox tez, günəş batan kimi çıxırlar. Uçuşları sürətli və cəlddir. Uçuş zamanı tez-tez qanadlarını vurur və sərt dönüşlər edir.
Mağaralar, zirzəmilər, binaların müxtəlif hissələri, qayadakı dərin yarıqları onların qış sığınacaqları hesab olunur. Soyuğa yüksək dərəcədə davamlılığı sayəsində payızın axırına qədər fəal olur və başqa yarasalar üçün yararlı olmayan soyuq sığınacaqlarda belə qışlayırlar.