Şimali Koreyanın dövlət quruluşu

Şimali Koreyanın dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Şimali Koreya
kor. 조선 민주주의 인민 공화국
(Чосон Минджуджуи Инмин Конхвагук)
Bayraq Gerb
Bayraq Gerb
Tərəqqi edən güclü qüdrətli dövlət kor. 강성대국
Himn: Vətənə məhəbbət haqqında mahnı
Paytaxt Pxenyan
İdarəetmə forması Respublika
Sahəsi Dünyada 98-ci
 • Ümumi 120540 km²
 • Su sahəsi (%) 4,87
Əhalisi
 • Əhali 24 720 407[1][2] nəfər (49-cu)
 • Sıxlıq 198,3 nəf./km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Şimali Koreya qeyri-məhdud hakimiyyətli bir partiyalı idarəetmə üsuluna malik, sosialist respublikasıdır. Milli bayram günü olan dövlətin yaranması günü (1948) 9 sentyabr tarixində qeyd edilir. Ölkə Konstitusiyası 27 dekabr 1972-ci ildə qəbul edilmişdir (9 aprel 1992-ci ildə, 5 sentyabr 1998-ci ildə, 27 sentyabr 2009-cu ildə və 2012-ci ilin aprel ayında Konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir).

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Koreya Xalq Demokratik Respublikası 9 əyalətə (Çaqando, XamqenPukto, Xamqen-Namdo, Xvanxe-Pukto, Xvanxe-Namdo, Kanvondo, Pxenan-Pukto, Pxenan-Namdo, Yanqando), mərkəz tabeçiliyində olan 2 iri şəhərə (PxenyanRason) və 3 xüsusi inzibati regiona (Keson sənaye regionu, Kımqansan turistik regionu və Sinıycu xüsusi inzibati regionu) bölünür.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Koreya Xalq Demokratik Respublikasında dövlət hakimiyyətinin ən yüksək rəhbərlik orqanı sayılan Mərkəzi Xalq Komitəsinə KXDR Prezidenti başçılıq edir.

Ölkədə siyasi sabitliyin və dövlət təhlükəsizliyinin təminatçısı, habelə daxili və xarici münasibətlərdə KXDR-in ali təmsilçisi sayılan Prezident dövlət siyasətini formalaşdırır və onun həyata keçirilməsi üçün Ali Xalq Məclisi qarşısında bilavasitə məsuliyyət daşıyır, digər ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndələri vəzifəyə təyin edir və geri çağırır və qüvvədə olan Konstitusiya ilə müəyyən edilmiş digər mühüm səlahiyyətləri icra edir.

Şimali Koreyada hərbi və müdafiə sferası dövlət hakimiyyətinin ən yüksək hərbi rəhbərlik orqanı sayılan Milli Müdafiə Komissiyasının müstəsna səlahiyyətinə aiddir. Bütün ölkə üzrə silahlı qüvvələrə və dövlət müdafiə sisteminə rəhbərlik edilməsi, ali hərbi kadrların təyinatı, müharibə və ümumxalq səfərbərliyi elan edilməsi və s. məsələlər Milli Müdafiə Komissiyası tərəfindən həyata keçirilir.

Mövcud Konstitusiyaya görə, Şimali Koreyada de-fakto bir partiyanın siyasi hakimiyyəti bərqərar olduğundan, bir qayda olaraq dövlət başçısı Əmək Partiyasının üzvləri arasından seçilir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Şimali Koreyada qanunvericilik hakimiyyəti, 687 üzvü gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ prinsipi üzrə 5 illik müddətə (seçki keçirilməsi mümkün olmadığı hallarda ali qanunverici orqanın səlahiyyət müddəti uzadıla bilər) seçilmiş Ali Xalq Məclisi və onun qarşısında cavabdehlik daşıyan Daimi Komitə tərəfindən həyata keçirilir.

Ali Xalq Məclisi qüvvədə olan Konstitusiyaya düzəlişlərin edilməsində, qanunların hazırlanmasında və qəbulunda, dövlət büdcəsinin müzakirəsində və təsdiqində, beynəlxalq müqavilələrin və sazişlərin ratifikasiyasında, dövlətin daxili və xarici siyasətinin əsas prinsiplərinin müəyyən edilməsində, dövlət başçısının və milli müdafiə komissiyasının sədrinin seçilməsində və ya vəzifələrindən geri çağırılmasında, Daimi Komitənin, Mərkəzi Xalq Komitəsinin və Ali Məhkəmənin üzvlərini, Baş prokuroru və digər ali vəzifə sahiblərini təyin etməkdə, habelə Konstitusiya ilə müəyyən edilmiş bir çox digər mühüm məsələlərin həllində səlahiyyətlidir.

Ali Xalq Məclisinin deputat yerləri bir qayda olaraq ölkədə hegemon siyasi partiya sayılan hakim KXDR Əmək Partiyasının təmsilçilərinə məxsusdur.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Mövcud Konstitusiyanın 133-cü maddəsinə əsasən sədri və hakimləri Ali Xalq Məclisi tərəfindən təyin edilən Mərkəzi Məhkəmədən, habelə əyalət və rayon xalq məhkəmələrindən ibarət olan 3 pilləli məhkəmə sistemi Şimali Koreyada məhkəmə hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidir.

  • Захарова Л. В. Межкорейские экономические отношения: от истоков до современности. — М., 2014.
  • Abt, Felix (2014). A Capitalist in North Korea: My Seven Years in the Hermit Kingdom. Tuttle Publishing. pp. 55, 109, 119. ISBN 9780804844390.
  • Oberdorfer, Don (2013). The Two Koreas: A Contemporary History. Basic Books. pp. 357–359. ISBN 9780465031238.
  • "Country Profile: North Korea" (PDF). Library of Congress – Federal Research Division. July 2007. Retrieved 4 July 2009.
  • Myers, Brian Reynolds (2011). The Cleanest Race: How North Koreans See Themselves and Why It Matters. Melville House. ISBN 1933633913.
  • "North Korea – A Country Study" (PDF). Library of Congress Country Studies. 2009.
  • Yonhap News Agency, ed. (2003). North Korea Handbook. Yonhap T'ongsin. ISBN 0-7656-1004-3.
  1. Census.gov. "Country Rank. Countries and Areas Ranked by Population: 2013". U.S. Department of Commerce. 2013. 2013-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
  2. North&countryCode=kn&regionCode=eas&rank=48#kn World Population rankings Arxivləşdirilib 2015-09-10 at the Wayback Machine, CIA World Factbook