Şimali Makedoniya bulqarları

Şimali Makedoniya bulqarlarıKubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq.[1]

680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur.[2] 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi.[3]

Şimali Makedoniya Bulqar xanı Mavrosun pulu

Arxeolojik məlumat

[redaktə | mənbəni redaktə et]

Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.[4]

  1. Curta, Florin (2006). Southeastern Europe in the Middle Ages, 500-1250. Cambridge Medieval Textbooks. ISBN 0-521-81539-8.
  2. Веселин Бешевлиев, "Първобългарски надписи", Издателство на Българската академия на науките, София, 1979, стр. 94 / "Protobulgarian inscriptions", Publishing house of the Bulgarian Academy of Sciences, Sofia, 1979, p. 94
  3. Fine, Jr, John V.A (1991). The early Medieval Balkans; A critical survey from the sixth to the late twelfth century. The University of Michigan Press. ISBN 0-472-08149-7.
  4. Иван Микулчиќ, "Средновековни градови и тврдини во Македониjа", Скопjе, "Македонска цивилизациjа", 1996, стр. 29-33 / "Medieval towns and strongholds in Macedonia", Skopje, Publishing house "Macedonian civilization", 1996, səh. 29-33, Makedonca