Tervel xan(bolq. Тервел) 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı.
Tervel xan | |
---|---|
bolq. Тервел | |
| |
Birinci Bulqar dövlətinin II imperatoru | |
701 – 715 | |
Əvvəlki | Asparux xan |
Sonrakı | Kormesi xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ~675 |
Vəfat tarixi | |
Fəaliyyəti | suveren[d] |
Atası | Asparux xan |
Həyat yoldaşı | Anastasiya |
Uşağı | Kormesi xan |
Ailəsi | Dulo sülaləsi |
Dini | Tenqriçilik, bolqar kilsəsinə əsasən xristian[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır.[2][3][4][5] Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı.[6] Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi.[7] Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır.
25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı. Tervel xan Leonun köməyinə çataraq ərəbləri məğlub etməyə nail oldu. 719-cu ildə II Anastasiyə kömək etməyə söz versə də, xalq tərəfindən dəstəklənmədiyini görüb əl çəkmişdi..
Antarktikada yerləşən Livinqston adasında Tervel təpəsi onun şərəfinə adlanmışdır.