Şimali Osetiya Dövlət Filarmoniyası

Şimali Osetiya Dövlət FilarmoniyasıVladiqafqaz şəhərində konsert təşkilatı. 1944-cü ildə açılmışdır. 2017-ci ildən Opera və Balet Teatrı ilə birlikdə Mariinski Teatrının üzvüdür. Filarmoniyanın yerləşdiyi bina federal əhəmiyyətli mədəni irsin memarlıq abidəsidir (No 1530263000).

Şimali Osetiya Dövlət Filarmoniyası
Vladiqafqaz şəfərində Filarmoniyanın binası
Vladiqafqaz şəfərində Filarmoniyanın binası
Yerləşməsi
43°02′12″ şm. e. 44°40′39″ ş. u.
Ölkə Rusiya Rusiya
Şimali Osetiya
Yerləşir Vladiqafqaz şəhəri
Ünvan Vladiqafqaz şəhəri Miller küçəsi, ev 34
Tarixi
Əsası qoyulub 1944
Filarmoniya binası
Memarlıq üslubu klassisizm
Heyət
Direktor Açamaz Makoyev
Bədii rəhbər Açamaz Makoyev
Baş dirijor Zaurbek Quqkayev
Baş xormeyster Olga Canayeva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Filarmoniyası, 1944-cü ildə Vladiqafqaz Alman cəmiyyətinə məxsus olan Evangelist Lüteran Kilsəsinin binasında açılan Şimali Osetiya Simfonik Orkestri və ŞOMSSR-ın yaradıcı kollektivləri əsasında yaradılmışdır. Filarmoniya, Osetiya simfonik musiqisinin yaranmasına töhfə verdi. Filarmoniyanın açılışı, əsərlərini orkestrləşdirən və ictimaiyyətə təqdim edən bir çox bəstəkarları cəlb etdi. Belə ki, D.Xaxanov, İ.Qabarayev, H. Pliev, T.Kokoiti, R.Tsorionti, G.Abayev, Janna Pliyeva, L.Kanukova, Z.Xabalova, A.Makoyev kimi bəstəkarlar Filarmoniya ilə daim əməkdaşlıq edirdilər.

Maria Kotoliyeva, Yuri Batsazov, Dolores Bilaonova, Emilia Sallaqova, Taisiya Toqoyeva, Elkan Kulayev, Valeri Saqkayev və s. kimi görkəmli opera və kamera müğənniləri Filarmoniyada çalışmışdılar.[1]

Svyatoslav Rixter, Tixon Xrennikov, Mstislav Rostropoviç, Emil Qilels, Veronika Dudarova, Valeri Qergiyev dəfələrlə Filarmoniyada çıxış etmişlər.

1959-2000-ci illərdə Filarmoniya Simfonik Orkestrinə RSFSR Xalq artisti Pavel Yadyx rəhbərlik edirdi. O, Orkestri idarə etdiyi illər ərzində onu ölkənin ən yaxşı orkestrlərindən birinə çevirdi.

Müasir dövrdə Filarmoniya[redaktə | mənbəni redaktə et]

2002-2011-ci illərdə. Filarmoniya Simfonik Orkestrinə Rusiyanın Xalq Artisti, Rostov Konservatoriyasının professoru Valeri Xlebnikov rəhbərlik edirdi.

2011-ci ildə Mariinski Teatrının ştatlı dirijoru Zaurbek Quqkayev Baş Dirijor oldu.

2016-cı ildə Georgi Albeqov Filarmoniyanın daimi dirijoru oldu.

2018-ci ildə Sinqapurlu Çia Amos daimi dəvət edilən dirijor oldu.

2016-cı ilin sonunda, uzun müddətli ümumi bir təmirdən sonra Filarmoniyanın rəsmi miqyaslı açılışı oldu. Açılışda Şimali Osetiya Respublikasının Başçısı Vyaçeslav Bitarov, Mariinski Teatrının dirijoru (Sankt -Peterburq) Valeri Gergiev və bəstəkar Atsamaz Makoyev iştirak etmişdilər.

Filarmoniyanın yaradıcı kollektivləri daim qastrol səfərində olurlar. Filarmoniya indiyə qədər Avropa, AsiyaAfrikanın müxtəlif ölkələrinə qastrola getmişdir.

2020-ci ildən Filarmoniyanın Kuybışev küçəsində (əsaslı təmirdən sonra) filialı açılmışdır. Filial keçmiş xalq yaradıcılığı evində yerləşir.[2]

Hal-hazırda Filarmoniyanın direktoru və bədii rəhbəri bəstəkar, Rusiya Federasiyasının Bəstəkarlar İttifaqının katibi, Şimali Osetiya-Alaniya Bəstəkarlar İttifaqının sədri, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi A.Makoyev, simfonik orkestr konsertlərinin aparıcısı Marina Pavlovna- Yadixdır.

Filarmoniyanın kollektivi[redaktə | mənbəni redaktə et]

  • Şimali Osetiya Respublikasının Dövlət Böyük Simfonik Orkestri (baş dirijor və bədii rəhbər - Zaurbek Quqkayev);
  • Y.Adıx adına Kamera Ansamblı (bədii rəhbər - Zaurbek Quqkaev);
  • Milli qəhrəmanlıq mahnılarının kişi xoru (bədii rəhbəri - Olqa Canayeva);
  • 1 və 2 nömrəli musiqi mühazirə zalları (rəhbər - Lyudmila Usova);
  • Milli folklor alətləri gənclər orkestri (rəhbəri - Oleq Xodov).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Бестауты Валя. "Рухс ном мысгæйæ / Булæмæргъæн аскъуыдис йæ зарæг". Республиканская общественно-политическая газета «Хурзæрин» (osetin). 2012-02-20. 2012-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-28.
  2. "Государственная филармония — филиал Мариинского театра". 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.