Veronika Dudarova (rus. Вероника Дударова, oset. Вероникæ Дудараты; 5 dekabr 1916, Bakı, Rusiya İmperiyası — 15 yanvar 2009, Moskva, Rusiya) — osetin əsilli SSRİ və Rusiya dirijoru, pedaqoq, SSRİ xalq artisti (1977).[1] O, fransızlar Nadya Bulanj və Janna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur.[2][3]
Veronika Dudarova | |
---|---|
rus. Вероника Дударова oset. Вероникæ Дудараты | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya İmperiyası |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | Troyekurov qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, pianoçu, pedaqoq |
Janr | simfonik musiqi |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Veronika Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Atası neft mühəndisi, anası isə evdar qadın idi.[4] Dudarova Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay Anosov və Leo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib.[5]
Veronika Dudarova 15 yanvar 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib. O, Moskvanın Troyekurov qəbiristanlığında torpağa tapşırılıb.[6]
Veronika Dudarovanın adı 50 ildən çox simfonik orkestrlərlə işləmiş dirijor kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.[3][4][4]