Şimali Sakit okean cərəyanı (bəzən Şimali Sakit okean dreyfi olaraq adlandırılır)— Sakit okeanda 30-50° şm. enlikləri arasında qərbdən şərqə doğru yavaş axan isti okean cərəyanıdır.
Şimali Sakit okean cərəyanı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Akvatoriya | Sakit okean |
Tip | İsti |
Şimali Sakit okean cərəyanı Sakit okeanın subarktik hissəsinin cənubu və subtropik hissəsinin şimal hissələri arasında formalaşır. Cərəyan Yaponiyanın sahillərindən şimala doğru davam edən Kurosio cərəyanının toqquşması və Sakit okeanın şimal-qərbində cənuba axan soyuq subarktik Oyaşio cərəyanından yaranır. Sakit okeanın şimal-şərqində Britaniya Kolumbiyasının cənubunda cənuba doğru axan Kaliforniya cərəyanı və şimala axan Alyaska cərəyanlarına bölünür.