Şir-Daşı adası (yap. 萌消島, rus. Камень-Лев) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. Uzaqdan uzanmış şiri xatırlatdığından bu cür adlandırılmışdır. İturup adası sahillərində yerləşən Lvinaya Past vulkanının kraterində yerləşən körfəzdə qərarlaşır. Sönmüş vulkanın kraterinin su səthini təşkil edir. Ada ovalvari formaya malik olub 162 metr hündürleyə malikdir[1]. Adanın üzərinin böyük hissəsi mamır və şibyələrlə örtülülmüşdür. Ada bütünlüklə dumanla örtüldüyü zaman naviqasiya üçün böyük təhlükə yaranır[2].
Şir-Daşı adası | |
---|---|
rus. Камень-Лев, yap. 萌消島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.08 km² |
Hündür nöqtəsi | 182,4 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
44°39′04″ şm. e. 146°58′37″ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
1945-ci ildən ada SSRİ daha sonradan isə Rusiyanın ərazisi olur. Rusiya adamı Saxalin vilayətinin Kuril şəhər dairəsi ərazisinə daxildir. Ancaq Yaponiya adaya iddia edir və onu Hokkaydo prefekturasının Nemura subprefekturası ərazisi hesab edir.