Şirin Hanter və ya Şirin Təhmasib[2]-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu.[1]
Şirin Təhmasib Hanter | |
---|---|
شیرین طهماسب هانتر/Shireen Tahmaaseb Hunter | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz[1] |
Vətəndaşlığı | İran, ABŞ |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | akademik heyət, politoloq, universitet müəllimi[d] |
Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur.[3]
1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.[3]
O, fəaliyyəti boyunca 16 kitab və monoqrafiya yazmış, 12 kitabın nəşrinə yardım etmişdir. Bundan başqa, o, 100-dən çox kitabın fəslinin və jurnal məqaləsinin müəllifidir. ABŞ-də və Orta Şərqin müxtəlif mərkəzlərində mühazirələr oxumuşdur.[3]
Hunter postsovet Azərbaycan Respublikasında kimlik məsələsi ilə bağlı ilk məqalələrdən birinin müəllifi kimi tanınır..[4] O, həmçinin Azərbaycanın siyasi elitası və onların pantürkist irredentist çıxışları barədə araşdırmalar aparmış, yeni respublikanın Cənubi Azərbaycan məsələsinə yanaşmasına toxunmuşdur.[4] Onun araşdırması həmçinin Azərbaycanın paytaxtı Bakıdakı hakim quruluşun İran və onun azəri elitasının Azərbaycan Respublikasına qarşı mümkün irredentist əks iddiasından necə narahat olduğunu, etnik irrdentist bumeranq effekti meydana çıxaracağından çəkindiklərini vurğulayır. Şirinə görə, Azərbaycan Respublikasının cənub hissəsində iranpərəst qrupların mövcudluğu bu qorxunun nə vaxtsa real ola biləcəyi fikrini legitimləşdirir.[4]
1945-ci ildə Təbriz şəhərində İran azərbaycanlısı olan ailədə dünyaya gəlmişdir.[4] O, Klinton hakimiyyəti zamanı ABŞ-nin NATO-da səfiri olan Robert E. Hunter ilə evlidir.[5]