Şirin Rzayev

Şirin Həsən oğlu Rzayev (25 aprel 1942, Kirovabad14 fevral 2020) — dirijor, pedaqoq; Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1985), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Kamera orkestrinin bədii rəhbəri.[1]

Şirin Rzayev
Ümumi məlumatlar
Doğum tarixi 25 aprel 1942(1942-04-25)
Doğum yeri
Vəfat tarixi 14 fevral 2020(2020-02-14) (77 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, dirijor
Fəaliyyət illəri 1968-ci ildən
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1985

Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub.[2]

14 fevral 2020-ci ildə vəfat etmişdir.[3]

1968-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor—dirijorluğu fakültəsini əla diplomla bitirmişdir.

1968–1969-cu illərdə Konservatoriyada müəllim, 1969–1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir.

1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərmişdir.

Görkəmli bəstəkarlarımız Q. Qarayev, F. Əmirov, C. Cahangirov və böyük dirijorumuz Niyazi bu simfonik orkestrin fəaliyyətinə yüksək qiymət vermişlər.

1970–1985-ci illərdə Şirin Rzayev Gəncədə keçirilən "Mahnı bayramları"nın baş dirijoru və ya musiqi rəhbəri olmuşdur. 1980–1992-ci illərdə yaradıcısı olduğu "Şərəfxanlı" El nəğmələri teatrının bədii rəhbəri olmuşdur. 1981-ci ildə Moskvada keçirilmiş ümumittifaq müsabiqəsində " Şərəfxanlı "El nəğmələri teatrı birinci yeri tutmuş və Şirin Rzayev " Qızıl medalla " təltif olunmuşdur. 1980-ci ildən başlayaraq " Şərəfxanlı " El nəğmələri teatrı Bakı şəhərində Respublika sarayında keçirilən Dövlət konsertlərinin on ildən artıq iştirakçısı olmuşdur.[4]

Ümummilli lider Heydər Əliyev Gəncədə olarkən Gəncə Musiqi evi Simfonik orkestrinin (1971-ci il) və " Şərəfxanlı " El nəğmələri teatrı folklor xorunun (1980-ci il) konsertlərində şəxsən iştirak etmişdir və tövsiyələrini vermişdir.

1985-ci ildə zəhmətkeşlərin estetik tərbiyəsində göstərdiyi xidmətlərinə görə Şirin Rzayevə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.

1990–1997-ci illərdə Şirin Rzayev Gəncə Dövlət Filarmoniyasının direktoru və bədii şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1993-cü ilin may ayında onun rəhbərliyi ilə Filarmoniyanın "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblı Naxçıvanda Heydər Əliyevin 70 illik yubileyi münasibətilə konsertlər vermişdir. Ulu öndər Şirin Rzayevi və kollektivin bir neçə üzvünü qəbul edərək öz təşəkkürünü bildirmişdir.

1995-ci ildən 2011-ci ilədək Gəncə Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 1960-cı ildən bugünədək Şirin Rzayev bir pedaqoq, müəllim kimi gənc istedadların hazırlanmasında və üzə çıxmasında əlindən gələni əsirgəmir.

Rəhbərlik etdiyi kollektiv və şəxsən Şirin Rzayev Beynəlxalq festivalların laureatı adına layiq görülmüşlər.

1982–1992-ci illər ərzində Şirin Rzayev Gəncə şəhər xalq deputatları sovetinə deputat seçilmiş və 1993-cü ildən YAP Gəncə şəhər konfransına üzv seçilmişdir.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı, 4 nəvəsi var.

  1. "Dirijor Şirin Rzayev vəfat edib". ganjanews.az. 25 fevral 2020 tarixində arxivləşdirilib.
  2. "Şirin Həsən oğlu Rzayev". ganca.org (az.). ganca.org. 28.12.2012. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-17.
  3. "Əməkdar mədəniyyət işçisi, dirijor Şirin Rzayev vəfat edib". open.az. 2020-02-25 tarixində orijinalından arxivləşdirilib.
  4. "MAESTRO ŞİRİN RZAYEV". www.anl.az. 25 fevral 2020 tarixində arxivləşdirilib.