Şirin bəy Kəsəmənli

Kəsəmənli Şirin bəy (17 oktyabr 1887, Qıraq Kəsəmən, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası4 yanvar 1920, Tiflis, Tiflis quberniyası, Gürcüstan Demokratik Respublikası) — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik[1]. Praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olmuşdur. Birinci Dünya müharibəsində (1914–18) "Dikaya diviziya"nın tərkibində vuruşmuş, "İgidliyə görə" medal və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdur.

Şirin bəy Kəsəmənli
 Şirin bəy Cəfər oğlu Kəsəmənli
Şirin bəy Kəsəmənli
Şirin bəy Kəsəmənli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qıraq Kəsəmən, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Tiflis, Gürcüstan Demokratik Respublikası
Dəfn yeri
Təhsili
Fəaliyyəti zabit
Həyat yoldaşı Qeysər Kaşıyeva
Dini İslam
Hərbi xidmət
Xidmət illəri Rusiya İmperiyası Rusiya imperiyası
1910-1916
Azərbaycan AXC
1918-1919
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Döyüşlər
Rütbəsi polkovnik

Kəsəmənli Şirin bəy Cəfər oğlu 1887-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən (hal-hazırda Ağstafa rayonu) kəndində anadan olmuşdur. Ümumi təhsilini Tiflis Kadet Korpusunda alıb, sonra Konstantinovski Artilleriya Məktəbinə daxil olub.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rusiya İmperator Ordusunda

[redaktə | mənbəni redaktə et]

Tiflisdə hərbi gimnaziyada təhsil almışdır. Gimnaziyanı bitirdikdən (1905) sonra Qusar alayında qulluq etmiş, Kiyevdə ikinci Konstantin topçu məktəbində hərbi təhsilini davam etdirmişdir. Birinci Dünya müharibəsində (1914–18) "Dikaya diviziya"nın tərkibində vuruşmuş, "İgidliyə görə" medal və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdur.[2]

Şirin bəy Kəsəmənli və həyat yoldaşı Qeysər Kaşıyeva

Podporuçik Kəsəmənli Birinci Dünya müharibəsi başlayan zaman Sarıqamışda cəmləşmiş 39-cu Piyada Diviziyasının 156-cı Yelizavetpol Piyada Alayında xidmət edirdi. Hərbi xidmətlərinə görə, o, artıq III dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə mükafatlandırılmışdı.[3]

1916-cı ilin may ayının əvvəllərində o, döyüşlərdə yaralandı və bundan sonra müalicə almaq üçün Tiflisə göndərildi. O, burada ictimai fiqur və rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın hesab edilən Qeysər Kaşıyeva ilə evlənmişdir. Bu evlilikdən Leyla adlı qızları dünyaya gəlmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda

[redaktə | mənbəni redaktə et]

O, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun qurulmasında aktiv iştirak etmiş, Əliağa Şıxlinskinin komandanı olduğu Azərbaycan Korpusuna daxil olan II Qarabağ Süvari Alayında komandan müavini vəzifəsində xidmət etmişdir. O, daşnaklarının işğalçı qüvvələrinə Qarabağda, ZəngəzurdaQazaxda qarşı bir sıra uğurlu əməliyyatlarda iştirak etmiş və türk hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra Praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olmuşdur.[4] Hərbi nazirin 1919-ci il 8 aprel tarixli əmri ilə 2-ci Bakı piyada alayı (sonralar 4-cü Quba piyada alayı adlandırılmışdı) komandiri təyin edilmişdi. Şimal sərhədlərinin müdafiəsi üçün yaradılmış Xaçmaz dəstəsinə rəhbərlik də Şirin bəy Kəsəmənliyə həvalə olunmuşdu. O, 1919-cu ilin 9 aprelində polkovnik rütbəsinə yüksəldilmişdir.[5]

Vəzifə başında Şirin bəy Kəsəmənli ağır şəkildə malyariya xəstəliyinə yaxalanmış və 1919-ci il sentyabnn 29-da müalicə üçün Tiflisə göndərilmiş, hələ müalicədə ikən hərbi nazirin 1919-ci il 7 dekabr tarixli əmri ilə 2-ci piyada diviziyası komandirinin müavini təyin edilmişdi. 1920-ci il yanvarın 10-da 17 saylı hərbi idarənin əmri ilə hərbi nazir vəzifəsini icra edən artilleriya generalı Şıxlinski elan etdi ki, yanvarın 4-də Tiflisdə ağır xəstəlikdən sonra 2-ci piyada diviziyasının komandirinin köməkçisi polkovnik Şirin bəy Kəsəmənli vəfat etmişdir. Sərəncamda mərhumun müstəqil Azərbaycanın silahlı qüvvələri qarşısında xidmətləri yüksək qiymətləndirilirdi və onnu bütün dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağı bildirilirdi. Onun dəfn mərasimi Gəncədə keçirilmiş və o, öz doğma kəndində dəfn edilmişdir.

  1. "Kəsəmənli Şirin bəy!". 2018-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  2. Nəzirli, Şəmistan. Arxivlərin sirri açılır. Bakı. 1999.
  3. Памятная книжка и адрес-календарь Карсской области на 1914 год. 1914. səh. 126.
  4. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası II cild. Bakı: "Lider" nəşriyyat. 2005.
  5. Azərbaycan Demokratik Respublikası (1918—1920). Ordu. (Sənədlər və Materiallar). Bakı. 1998. səh. 397.