Xaçmaz Hərbi Dəstəsi

Şirin bəy Kəsəmənli

Xaçmaz Hərbi DəstəsiAzərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun qrupu.[1]

Yaradılmasında məqsəd

[redaktə | mənbəni redaktə et]

Azərbaycana Anton Denikinin hücum təhlükəsinin gözlənildiyi dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun əmri ilə 1919 ilin yayında yaradılmış xüsusi taktiki qrupdur. Ölkənin şimal sərhədi boyunca müdafiə mövqeləri tutmuşdu.[2]

  • Quba piyada alayı,
  • 3-cü Gəncə piyada alayının bir taboru,
  • 1-ci Tatar süvari alayı,
  • 1-ci topçu briqadasının 2-ci divizionu,
  • İstehkam məktəbinin Şəxsi heyəti daxil idi.

General-mayor İbrahim ağa Usubov dəstənin komandiri, general-kvartirmeyster vəzifəsinin müvəqqəti icraçısı podpolkovnik Zeynalov qərargah rəisi təyin edilmişdi.[2]

1919 ilin iyulunda Xaçmaz dəstəsinə rəhbərlik Quba piyada alayının komandiri polkovnik Şirin bəy Kəsəmənliyə tapşırıldı. 1-ci Tatar süvari alayı istisna olmaqla, digər hissə və bölmələr polkovnik Şirin bəy Kəsəmənlinin əməliyyat tabeliyinə verildi.

1919 ilin noyabrında Xaçmaz dəstəsi ləğv edilərək, onun bazasında Quba Hərbi Dəstəsi yaradıldı. Bununla əlaqədar olaraq Şimal sərhədlərinin qorunması ilə bağlı vəzifələr Quba dəstəsinə həvalə olundu.[3]

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
  1. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  2. 1 2 Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998
  3. Osmanlı H.,ġimal sərhədləri və Bakı rayonunun müdafıəsi tarixindən, B., 1999.