Şirvan dairəsi və ya Şirvan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Göyçay olmuşdur. Bu səbəbdən Göyçay dairəsi (Göyçay mahalı) kimi də adlandırılmışdır.
Şirvan dairəsi | |
---|---|
Ölkə | |
İnzibati mərkəz | Göyçay |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 aprel 1929 |
Ləğv edilib | 8 avqust 1930 |
|
Şirvan dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] Şamaxı və Göyçay qəzalarını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Şirvan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[1]