"Şoğakat" (erm. «Շողակաթ») — Erməni Həvari kilsəsinin sahibləndiyi Ermənistan dini-mədəni özəl telekanalı. Telekanal 1998-ci ildə Erməni Həvari kilsəsinin rəhbəri II Qaregin tərəfindən İrəvan şəhərində təsis edilmişdir. Telekanal Erməni Həvari kilsəsinin dini və ictimai fəaliyyətini əhatə edir və dini təbliğat yayımlayır.[1] 1999-cu ildə II Qaregin Erməni Həvari kilsəsinin rəhbəri seçiləndə telekanal baş qərargahını Üçkilsə şəhərinə köçürmüşdür.
Şoğakat TV | |
---|---|
| |
Ölkə | Ermənistan |
Yayım ərazisi |
Ermənistan Dağlıq Qarabağ Respublikası |
Dil | Erməni dili |
Baş qərargah | |
Yaranma tarixi | 1998 |
Sahibi | II Qaregin |
Rəhbərlik | Manya Kazaryan (icraçı direktor) |
Sayt | shoghakat.am |
"Şoğakat" telekanalı 2002-ci ilin noyabr ayından bəri Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır.[2] Telekanalın 2.000.000-dan çox abunəçisi mövcuddur.[3]
"Şoğakat" telekanalı mədəniyyət, tarix, din, təbiət, milli-mənəvi dəyərlər, sosial-iqtisadi problemlər barədə məzmun yayımlayır.[4]
Telekanalın icraçı direktoru Manya Kazaryandır.