Şo suqi ban

Naoşima adasında yakisuqi panellərlə tikilmiş ənənəvi evlər.
Yakisuqi lövhəsinin yaxından görünüşü.
Yakisuqi texnikası ilə hazırlanmış eynək qutusu.

Yakisuqi (焼杉?, hərf.yanmış sidr) və ya şo suqi ban[1] (焼杉板?, hərf.yanan sidr taxtası)Yaponiyada ənənəvi taxta qoruma üsulu.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Yakisuqi taxtanı yağışa, cücülərə və yanğına daha dözümlü etmək üçün istifadə olunan qədim üsuldur.[1] Narada yerləşən Horyu məbədinin paqodası 711-ci ildə bu üsulla yenidən tikilmişdir. Yakisuqi ilk dəfə XVIII əsrdə geniş formada tətbiq olunub. Üsul kənddə yerləşən evlərin, eləcə də, düyü kimi vacib məhsulların saxlanıldığı anbarların fasad hissəsi üçün istifadə olunmağa başlamışdır.[2]

Yakisuqi üsulu taxta kömürləşdirilməsinə əsaslanır.[1] Bu üsulda sadəcə Cryptomeria japonica növündən olan sidr ağacından istifadə oluna bilər.[2] 2–4 metr uzunluğunda olan[3] üç taxta lövhə üçbucaq formasında boşluq yaradacaq şəkildə uzununa bir-birinə bağlanır. Daha sonra boşluğun içərisi yandırılır və yanmış səth su ilə soyudulur.[2] Yandırma prosesi əllə hazırlanmış kağız top vasitəsilə başladılır və aşağıdan yuxarıya doğru baş verir.[4] Nəticədə, taxtanın üzərisində 3–5 millimetr qalınlığında olan,[3] sıx və qara karbon təbəqəsi yaranır. Yanma odundakı termitlərin, göbələklərinbakteriyaların xoşladığı sellülozanı zərərləşdirir, onu zərərvericilərə qarşı arzuolunmaz və çürüməyə dözümlü edir. Bu prosesə məruz qalan taxtalar 80 ilə qədər yaxşı vəziyyətdə qala bilir.[2]

Yakisuqi üsulu minimalistik və estetik görünüş yaratdığı üçün Aaron Şiller kimi ABŞ dizaynerləri tərəfindən istifadə olunur.[2] Müasir Yaponiya memarı və tarixçisi Terunobu Fucimori bəzi memarlıq işlərini yakisuqi texnikasını tətbiq etmişdir.[1] O, Çino şəhərində yerləşən, 2004-cü ildə tikilmiş Çox Hündür Çay Evinin damında və Naqano şəhərində yerləşən, 2007-ci ildə tikilmiş Yakisuqi Evində bu texnikadan istifadə etmişdir.[2]

  1. 1 2 3 4 MacDonald, Deanna. Eco Living Japan: Sustainable Ideas for Living Green (ingiliscə). Tuttle Publishing. 9 fevral 2016. ISBN 978-1-4629-1845-4. İstifadə tarixi: 9 noyabr 2011.
  2. 1 2 3 4 5 6 "The Latest Design Trend: Black and Burned Wood". The New York Times (ingiliscə). 19 sentyabr 2017. 5 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2024.
  3. 1 2 Ebner, David; Stelzer, Rene; Barbu, Marius Catalin. "Study of wooden surface carbonization using the traditional Japanese yakisugi technique" (PDF). Pro Ligno (ingiliscə). 15 (4). dekabr 2019: 278–283. 2024-11-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-11.
  4. Ebner, David Hans; Barbu, Marius-Catalin; Gryc, Vladimír; Čermák, Petr. "Surface charring of silver fir wood cladding using an enhanced traditional Japanese Yakisugi method" (PDF). Bioresources (ingiliscə). 17 (2). 2022: 2031–2042. doi:10.15376/biores.17.2.2031-2042. 2024-11-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 noyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]