Şon Ross (ing. Shaun Ross; 10 may 1991[1], Bronks, Nyu-York ştatı) — ABŞ modeli, müğənni və aktyoru.
Şon Ross | |
---|---|
Doğum tarixi | 10 may 1991[1] (33 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | model[d], kino aktyoru |
Vikianbarda əlaqəli mediafayllar |
Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır.[2] Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir.
Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır.[2] Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir. O, Səsyazma Akademiyasının orijinal performans seriyası Press Play üçün "Good Vein" mahnısını və Recording Academy-nin Reimagined seriyası üçün Şerin "Believe" mahnısını yeni tərzdə ifa edir.[3][4]
2021-ci ildə Ross JEX Records-da "SHIFT" adlı ilk tammetrajlı LP-ni buraxır. Onun ikinci sinqlı olan "You Care" HBO-nun "The Legend of the Underground"da LGBT cəmiyyətinə qarşı ayrı-seçkilik edən Nigeriya qanunvericiliyini vurğulayan sənədli filmdə səsləndirildi. 2021-ci ilin may ayında Ross New York Times-ın stil bölməsindəki profilin əsas mövzusu olur.[5]
Ross Afroamerikalıdır. Bronksda anadan olan Ross, böyüyərkən albinizmdən əziyyət çəkən bir insan olduğu üçün çox ayrı-seçkiliyə məruz qalıb. O, həmyaşıdları tərəfindən tez-tez təhqir olunur, "Powder", "Wite-Out" və "Casper" kimi adlarla çağırılırdı.[6] Beş il Alvin Eyli məktəbində təhsil aldıqdan sonra Ross YouTube-da kəşf edilir və 2008-ci ildə 16 yaşında moda sektoruna keçid edir.
16 yaşında Nyu-Yorkda Djamee Models ilə təmsil olunur. O, həmçinin Londonda AMCK Models ilə də müqavilə imzalayır.[7] 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir.[3]
Ross, Keti Perrinin "E. T.", Beyonsenin "Party"[8] və "Pretty Hurts",[9][10] Gold Fields-in "Dark Again",[11] Issues-un "Coma" mahnıları da daxil olmaqla bir sıra musiqi kliplərində çəkilib.[12] Eləcə də Lana Del Reyin "Tropico" qısametrajlı filmi, Leona Lyuisin "Fre Under My Feet" və Dyuk Dyumonun "Qırmızı İşıq Yaşıl İşıq" filmlərində rol almışdır.
Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır.[2] 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir. O, Səsyazma Akademiyasının orijinal performans seriyası Press Play üçün "Good Vein" mahnısını və Recording Academy-nin Reimagined seriyası üçün Şerin "Believe" mahnısını yeni tərzdə ifa edir.[3][4]
Ross LGBT cəmiyyəti üzvlərinin iştirakçısı olduğu Nyu-York və Los-Ancelesdə keşirilən drag-ball festivalının dəstəkçisidir. O, tez-tez məşhur Ekstravaqanza Evinin üzvü kimi çıxış edir.[13][14]