Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Şovidə torpaq sürüşməsi (gürc. შოვის ტრაგედია) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən olan Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində yerləşən Şovi kurort qəsəbəsində 2023-cü ilin 3 avqust tarixində, yerli vaxtla saat 16:00-da baş vemriş torpaq sürüşməsi. Kurort qəsəbəsində insanların çox olduğu vaxtda baş verən sürüşmə nəticəsində 33 nəfər həlak olub. Həlak olanlar arasında 18 yaşlı Samirə İsayeva adlı Gürcüstan azərbaycanlısı, Davit Beriaşvili, Giorgi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və Rusiya vətəndaşı Kseniya Triçeva da var.[1]
Şovidə torpaq sürüşməsi | |
---|---|
Tarix | 3 avqust, 2023 |
Saat | 16:00 |
Yeri | Gürcüstan |
Tanınır | Torpaq sürüşməsi |
Qurbanlar | |
Ölənlərin sayı | 33 nəfərdən çox |
İtkin düşmüşlər |
|
Torpaq sürüşməsinin Şovi qəsəbəsinin şimal hissəsində yerləşən Sunset Shovi otel kompleksinin ərazisinsdən başladığı bildirilir. 2023-cü ilin 3 avqust tarixində baş vermiş torpaq sürüşməsi nəticəsində ümumilikdə 12 vətəndaşın meyitinin şəxsiyyəti müəyyən edilib. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur. Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 hərbçi iştirak edir. Sərhəd polisinin helikopterləri və xüsusi texnikası cəlb olunub. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər.
Şovi müalicəvi kurort ərazisi dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir. Baş vermiş torpaq sürüşməsi nəticədə körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib.
Xilasedicilər fəlakət zonasından ən azı 210 nəfəri təxliyə ediblər. Gürcüstanda avqustun 7-si matəm günü elan edilib. Gürcüstan prezidenti Salome Zurabişvili torpaq sürüşməsi nəticəsində ölənlərin yaxınlarına zəng edərək başsağlığı verib. Gürcüstan prezidenti bütün xalqı, böyük fəlakətdən zərər görən insanlar ətrafında birləşməyə və çətin dövründə onlara dəstək olmağa çağırıb.