Şozo Makino (牧野省三, Makino Şozo?, 22 sentyabr 1878, Kioto – 25 iyul 1929) – Yaponiya film rejissoru və prodüseri.[1] "Yaponiya kinosunun atası" hesab olunur.
Şozo Makino | |
---|---|
yap. 牧野 省三 | |
Doğum tarixi | 22 sentyabr 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 1929 (50 yaşında) |
Fəaliyyəti | kinorejissor, film prodüseri, iş adamı, ssenarist, kinematoqraf |
Vikianbarda əlaqəli mediafayllar |
Şozo Makino 1878-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur.[1] Makino anasına məxsus olan Senbonza teatrının meneceri olduğu dövrdə Nikkatsu Corporation şirkətinin başçısı olan Eynosuke Yokota ilə tanış olmuşdur.[1] Yokota onu işə götürərək filmlər çəkməsini istəmişdir.[1] Makinonun ilk çəkdiyi belə film 1908-ci ildə "Honno məbədi döyüşü" olmuşdur.[1]
Makino Okayama prefekturasını ziyarət edərkən kiçik bir teatrda çıxış edən Matsunosuke Onoe ilə tanış olmuş və onun aktyorluq bacarıqlarını kəşf etmişdir.[1] Makino növbəti 10 il ərzində onunla hər il 60-80 film çəkmişdir.[1] Bu filmlərin çoxu bacarıqlı qılınc ustalarının hekayələrindən və ya absurd bədheybət nağıllarından bəhs edirdi.[1] 1919-cu ildə Mikado Company şirkətini yaradaraq təhsil filmləri çəkməyi başlamışdır.[2]
Film sayının çoxluğuna görə 1921-ci ildə Nikkatsu şirkəti ilə yollarını ayırmış və müstəqil işləməyə başlamışdır.[1] 1925-ci ildə Kiotonun Omuro bölgəsində studiya açmış və Makino Productions şirkətini yaratmışdır.[1] O, Bando Tsumasaburo kimi aktyorların baş rollarda çıxış etdiyi realistik tarixi dramaları populyarlaşdırmışdır.[1]
Oğlu Masahiro Makino 3 yaşından etibarən atasının filmlərində oynamağa başlamışdır.[2] Daha sonra o da rejissor olmuş və tarixi filmlər çəkmişdir.[1]