Şprengel muzeyi (alman dilində:Sprengelmuseum) — Almaniyanın Hannover şəhərində müasir bədii incəsənət muzeyi.
Şprengel muzeyi | |
---|---|
Əsası qoyulub | 1972 |
Açılış tarixi | 1979 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Hannover, Almaniya |
Telefon | +49 511 16843875[1] |
52°21′46″ şm. e. 9°44′24″ ş. u. | |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şprengel muzeyi 1972-ci ildə təşkil olunmuşdur. Muzeydə 1992-ci ildə yenidənqurma işləri aparılmışdır. Şprengel muzeyində 1900-1930-cu illər incəsənəti Pikassonun, Paul Kleenin, Kazimir Maleviçin, Mass Ernestin, Fernan Lejenin, Maks Bekmannın və arxivi 1993-cü ildən Şprengel muzeyində mühafizə və nümayiş olunan Hannover rəssamı Kurt Şvitersin əsərləri ilə təmsil olunur. Sürrealizm, dadizm və ekspressionizm ənənələrini əks etdirən əsərlər muzeydə mühüm yer tutur.
Şprengel muzeyinin eksponatlarının əsasını Bernard Şprengelin 1969-cu ildə Hannover şəhərinə hədiyyə etdiyi müasir incəsənət əsərlərindən ibarət kolleksiya təşkil edir. Bundan başqa, Bernard Şprengel muzey binasının tikintisinə də köməklik göstərmişdir.