Şprits nasosu

Yaddaşlı və kiçık monitoru olan şprits nasosu
Müasir intensiv şöbədə quraşdırılmış şprits nasosları

Şprits nasosu (ing. Syringe driver, alm. Spritzenpumpe‎) — müasir təbabətdə geniş tətbiq olunan tibb ləvazimatı. Onun vasitəsilə venadaxili inyeksiya üçün dərman məhlullarını, zaman üzrə dozalamaq mümkündür. Tibbi dildə ona perfyuzor da deyilir. İlk dəfə 1951 ci ildə Dr. Hess tərəfindən icad edilmişdir. Halhazırda klinikalarda tətbiq edilən cihaz “B. Braun Melsungen” firması tərəfindən istehsal edilmişdir. Müasir şprits nasoları nano texnologiya əsasında istehsal olunurlar. Belə şprits nasoları yaddaşa, hesablama, dərman məhlullarını bazal sürətlə yaxud bolyusla inyeksiya etmək qabiliyyətinə və müşahidə monitoruna malikdirlər. Şprits nasosları xalis venadaxili anesteziyaların icrasında, intensiv şöbədə şoklu pasientlərə dəqiqliklə katexolamin müalicəsini aparmaq üçün o cümlədən pediatriyada əvəzedilməzdir.