Şri-Lankada partlayışlar — 21 aprel 2019-cu il tarixində Şri-Lankanın paytaxtı Kolomboda, Neqombo və Battikaloa şəhərlərində baş vermiş terror hadisələridir.
Şri-Lankada partlayışlar | |
---|---|
Tarix | 21 aprel 2019 |
Yeri | |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Son partlayışın paytaxt Kolombo yaxınlığında yerləşən "Dehivela" zooparkı ilə üzbəüz "Tropikal İnn" hotelində baş verdiyi bildirilir. Bundan əvvəl Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən "Koççikade", "Katana" və "Battikaloa" kilsələrində, həmçinin paytaxtdakı beş ulduzlu "Sanqri-La","Çinnamon Qrand" və "Kinqsböri" hotellərində partlayışlar baş verib.[3].
Yer | Ölü | Yaralı |
---|---|---|
Müqəddəs Anthony Katolik Kilsəsi, Kochchikade, Kolombo | ən az 160[4] | |
Müqəddəs Sebastian Katolik Kilsəsi, Negombo | ən az 100[5] | |
Sion Kilsəsi, Batticaloa | en az 27[6] | ən az 300[4] |
Shangri-La Hotel, Kolombo | ||
Cinnamon Grand Hotel, Kolombo | 1[7] | |
The Kingsbury Hotel, Kolombo | ||
Mount Lavinia Hotel, Dehiwala | 2[7] | |
Mahawila Gardens, Dematagoda | 3[7] |
Vətəndaşlıq | Öldürüldü | Yaralandı |
---|---|---|
Şri-Lanka | 254 | 400+ |
Birləşmiş Krallıq | 5[a] | 1+ |
Hindistan | 5 | |
Danimarka | 3 | |
ÇXR | 2 | |
Türkiyə | 2 | |
Avstraliya | 2 | 2 |
Portuqaliya | 1 | |
Niderland | 1 | |
Banqladeş | 1[10] | |
Yaponiya | 1 | 4 |
Pakistan | ? | |
Polşa | ? | |
Mərakeş | ? | |
ABŞ | ? | |
Bilinmir | 13+ | |
Cəmi | 290+ | 500+ |
Partlayışlar nəticəsində azı 290 nəfər həlak olub, 469-dan artıq insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var. Ölkədə saat 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı tətbiq olunub, fövqəladə vəziyyət elan olunub. Silsilə partlayışlarda şübhəli bilinən 24 nəfər Şri-Lanka polisi tərəfindən saxlanılıb.[11] Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib.[12]
Hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka prezidenti Maytripala Sirisenaya başsağlığı verib.[13]