Şumadiya

Şumadiya
Şumadiya bölgəsinin xəritəsi
Serbiyanın müasir inzibati-ərazi bölgüsü
Şumadiya

Şumadiya (serb. Шумадија) — Serbiyanın tarixi bölgəsi. Bu ərazi özündə Şumadiya vilayətini və bir neçə başqa əraziləri birləşdirir. Şumadiya vaxti ilə zəngin meşə örtüyünə malik olmuş və məhz o üzdən belə adlandırılmışdır(Şuma(Šuma) — meşə).[1] Bölgənin və Şumadiya vilayətinin mərkəzi şəhəri Kraquevasdır.

XVII-XIX əsrlərdə Şumadı meşələri hayduklar üçün sığınacaq yeri idi. 1804-cü ildə Şumadi kəndi olan Oraşasda birinci serb üsyanı baş verdi. Üsyana Serbiyanın milli qəhrəmanı Karaqeorqi başçılıq edirdi. İkinci serb üsyanınına isə Miloş Obrenoviç rəhbərik edirdi. Rusiya imperiyasının dəstəyi ilə Belqrad paşalığı müstəqil Serb knyazlığı statusunu əldə etdi.

1922—1929-cu illərdə Yuqoslaiya krallığının inzibati rayonlarından biri də, Şumadiya bolgəsi idi. Məhz həmin ərazinin sərhədləri müasir Şumadiyanın sərhədlərinə uyğun gəlirdi. Bölgənin mərkəzi o zaman da, Kraquevas şəhəri idi.

Şumadiyanın böyük şəhərləri:

Digər şəhərləri— Velika Plana, Varvarin, Trstenik, Çiçevas, Topola, Lapovo, Mladenovas, Lazarevas, BelanovisaLuçanı. Belqrad şəhəridə Şumadiya bölgəsinə aid olsa da, ayrıca inzibati statusa malikdir.

Serbiyada olan bir çox siyası partiyalar (Demokratik Serbiya partiyası, Şumadiya koalisiyası) ölkədə olan durumu stabilləşdirmək məqsədi ilə inzibati bölgüdə bəzi reformaların aparılması təklif edirlər. Bu təklif həm də, regionların iqtisadi inkişafına da, planlaşdırılıb. Mövcud olan iki muxtar əyalətin (Kosovo, Voevodına) və mərkəzi inzibati regionun əvəzinə 6 yeni regionun yradılması təklif edilir: