Belqrad paşalığı (Səməndirə Sancağı) (serb. Смедеревски санџак, Smederevski sandžak və ya türk. Semendire Sancağı) — müasir Mərkəzi Serbiya ərazisində yerləşən Osmanlı İmperiyası ərazisi.
Tarixi dövlət | |
Belqrad paşalığı | |
---|---|
1459 —
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Belqrad Paşalığı Serb despotluğunun 1459-cu ildə Osmanlı İmperiyasının tərkibinə qatılmasından sonra meydana gəlmişdi, inzibati mərkəz Səməndirə şəhəri idi. 1476/1478-ci ildə ərazinin bir hissəsi: əvvəlcə Səməndirə sancaqlığına daxil olan Zvornik, Srebrenitsa Srebrenika ilə, Kuşlat, Şubin, Soko ondan ayrılmış və İzvornik Sancağının əsasını təşkil etmişdir[1]. 1521-ci ildə Belqradın fəthindən sonra inzibati mərkəz müvafiq olaraq Belqrada köçürüldü. 1718-ci ildən 1739-cu ilə qədər Belqrad Paşalığı Habsburq Monarxiyasının tərkibinə daxil idi.
Türk ağalığı dövründə Belqradda 273 məscid və mədrəsə var idi. Serbiyanın paytaxtı Avropa şəhərindən çox əyri küçələri və şərq bazarları olan tipik bir Türk şəhərini xatırladırdı.
Lakin, qısa Avstriya hökmranlığı ərzində (cəmi 22 il) xarici boyunduruqdan təmizlənmə başlandı, müsəlman minarələrinin, mədrəsələrin və məscidlərin əksəriyyəti dağıdıldı, bəziləri xristian kilsələrinə çevrildi.
Ancaq Belqrad Sülh Müqaviləsinə görə, Osmanlı imperiyasına qaytarıldı. 1789-1791-ci illərdə yenidən Habsburqların mülkiyyətinə keçdi. Serbiya inqilabından sonra Serbiya şahzadəsi Miloş Obrenoviçin hakimiyyəti altında Belqrad Paşalığı ərazisində Serbiya Knyazlığı quruldu.
1804-cü ilə qədər Paşalığın əhalisi təxminən 400 min nəfər idi, bunların 40-50 mini müsəlmanlar (əsasən islamlaşmış slavyanlar) idi.
Rusiya imperiyasının dəstəyi ilə Belqrad paşalığı müstəqil Serb knyazlığı statusunu əldə etmişdi.
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində paşalıq 12 nahiyəyə bölünürdü: