Şuman bəyannaməsi və ya Şuman planı[1] (fr. Jean-Baptiste Nicolas Robert Schuman) — Fransa Xarici İşlər Naziri Robber Şumanın Fransa və Qərbi Almaniyanın metallurgiya, dəmir filizi və kömür mədən sənayesini birləşdirmək təklifidir.
Bu təklifin həyata keçirilməsi, Avropa Birliyinin sələfi olan Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılmasına səbəb oldu.
Robert Şumanın Fransa hökuməti adından təklifini açıqladığı 9 May, hər il Avropa Günü kimi qeyd olunur və Şuman özü də Avropa Birliyinin qurucularından biri sayılır.
O, fransız-alman kömür və polad istehsalını bütövlükdə, digər Avropa ölkələrinin iştirakı üçün açıq bir təşkilat daxilində ortaq ali idarəetmə orqanının nəzarəti altına verilməsini təklif edir.
Kömür və polad istehsalının konsolidasiyası dərhal Avropa Federasiyası istiqamətində ilk addım olaraq iqtisadi inkişaf üçün ümumi zəmin yaratmalı, həmçinin uzun müddətdən bəri özlərinin ziyan çəkdiyi sursat istehsalı ilə məşğul olan bölgələrin taleyini dəyişdirməlidir.
Robert Şumann, 9 May bəyannaməsindən bir hissə
« Le gouvernement français propose de placer l’ensemble de la production franco-allemande de charbon et d’acier sous une Haute Autorité commune (…). La mise en commun des productions de charbon et d’acier assurera immédiatement l’établissement de bases communes de développement économique, première étape de la Fédération européenne.»
«L’Europe ne se fera pas d’un coup, ni dans une construction d’ensemble : elle se fera par des réalisations concrètes créant d’abord des solidarités de fait. Le rassemblement des nations européennes exige que l’opposition séculaire de la France et de l’Allemagne soit éliminée. L’action entreprise doit toucher au premier chef la France et l’Allemagne. »
« La solidarité de production qui sera ainsi nouée manifestera que toute guerre entre la France et l’Allemagne devient non seulement impensable, mais matériellement impossible (…). Ainsi sera réalisée simplement et rapidement la fusion d’intérêts indispensable à l’établissement d’une communauté économique qui introduit le ferment d’une communauté plus large et plus profonde entre des pays longtemps opposés par des divisions sanglantes. »
— Robert Schuman, déclaration du 9 mai 1950.