Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır.
Şur | |
---|---|
Janr | musiqili |
Rejissor | Arif Qazıyev |
Ssenari müəllifi | Arif Qazıyev |
Operator | Rasim Ocaqov |
Rəssam | Cəbrayıl Əzimov |
İstehsalçı | Bakı Televiziya Studiyası |
İlk baxış tarixi | 1967 |
Filmin növü | qısametrajlı sənədli televiziya film-konserti |
Müddət | 28 dəq. (montaj versiyası) |
Ölkələr | SSRİ |
Dil | rusca |
İl | 1967 |
Texniki məlumatlar |
5 hissə 35 mm |
Rəng | ağ-qara |
"Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar.