Rasim Mirqasım oğlu Ocaqov (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru,[1] kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).
Rasim Ocaqov | |
---|---|
Doğum tarixi | 22 noyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 2006 (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, kinematoqraf |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0644183 |
rasimocaqov.sheki.az |
Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb.[2] Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü"[3], "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.
2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir[6].
2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.[7]
Rejissor kimi
Operator kimi
Bədii rəhbər kimi
İkinci rejissor kimi
İkinci operator kimi
Rejissor kimi
Operator kimi
Rejissor kimi
Operator kimi
İştirak etdiyi filmlər
Operator kimi
İştirak etdiyi film
Rejissor kimi
Operator kimi
Ssenari müəllifi kimi