Əhməd Bakıxanov

Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943).

Əhməd Bakıxanov
Ümumi məlumatlar
Doğum adı Əhmədağa Bakıxanov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri II Fəxri xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı
Atası Məmmədrza bəy Bakıxanov
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən, pedaqoq
Musiqi aləti tar
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1973 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1964
"Şərəf nişanı" ordeni — 1946

Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur.[1] İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir.[2] 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır.

Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir.

Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.[3]

26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.[2][4]

Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil[5], bəstəkar Tofiq Bakıxanovun atasıdır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Əhməd Bakıxanov (film, 2003)
  1. "Əhməd Bakıxanov xatirələr işığında". medeniyyet.az. 6 sentyabr 2013. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
  2. 1 2 ЕАМ, 2012. səh. 71
  3. "Azərbaycan milli musiqisində Əhməd Bakıxanov yaradıcılığı". konservatoriya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
  4. "Görkəmli tarzən, pedaqoq Əhməd Bakıxanov". az.baku-art.com. 26 mart 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
  5. "Eldar İsmayılov - Бакихановы: бекские линии рода". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  • Енциклопедия Азербайджанского Мугама. Б: Шарг-Гарб. 2012. 268.