Şurahbil ibn Həsən (583, Ərəbistan yarımadası – 639, Bilad əş-Şam, ərəb. شُرَحبِيْل بن حَسَنَة) — ərəb hərbi lideri, İslamı ilk qəbul edənlərdən biri, Məhəmmədin səhabəsi, müsəlmanların Suriya və Fələstini ələ keçirməsi zamanı döyüşlərdə iştirak etmiş əsas komandirlərdən biri.
Şurahbil ibn Həsən | |
---|---|
ərəb. شُرَحبيل بن حسَنة ərəb. شرحبيل بن عبد الله بن المطاع بن الغطريف[1] | |
Doğum tarixi | 583 |
Doğum yeri | |
Vəfat tarixi | 639 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Fəaliyyəti | vali[d], hərbi lider[d], Səhabə |
Vikianbarda əlaqəli mediafayllar |
Gələcək komandirin erkən həyatı, o cümlədən onun Məkkədə və ya Ərəbistanın başqa bir yerində doğulması haqqında çox az şey məlumdur. Atası Abdullah ibn Muta ibn Amr idi. Onun haqqında demək olar ki, heç nə məlum deyil. Lakin erkən ərəb mənbələrində onun hansı qəbilədən olması ilə bağlı müxtəlif fərziyyələr var. Məsələn: əl-Əsqəlani yazır ki, o, Bənu Təmimlə yaxın qohum olan şimal ailəsindəndir. Digər ərəb mənbələri onu Bənu Kinda, Əzditlər, Himyarilər və ya Bənu Mədhic, yəni Ərəbistan yarımadasının cənubunda olan qəbilələrlə əlaqələndirirlər. Şərqşünas Yar Perlmanın fikrincə, ikinci variant daha inandırıcı və məntiqlidir. O, xüsusilə qeyd edir ki, Şurahbil adına yarımadanın cənubunda daha çox rast gəlinir. Şurahbil nəsəb olaraq anası Həsənin adından istifadə edirdi. Onun vasitəsilə o, Məkkəli Qüreyş qəbilələri olan Zuhra və Cümmə ilə qohum oldu. Eyni zamanda, qadının özü də mənşəcə ya efiopiyalı, ya da Adulis şəhərinin (müasir Eritreya) yerlisi, ya da yəmənli, ehtimal ki, Himyarlı idi. Ərəb mənbələri onu Qureyşin azad edilmiş qulu Mamar ibn Həbib də adlandırır və əl-Bağdadi hətta onun Şurahbilin anası deyil, ögey anası olduğunu yazır. Bu və ya digər şəkildə ərəb mənbələri tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və Şurahbilin valideynlərinin mənşəyi və hətta əsl adları haqqında etibarlı məlumat yoxdur.
Şurahbil İslamı ilk qəbul edənlərdən biri olur. O, Məkkə bütpərəstləri tərəfindən təqib edilir, İbn İshaqın dediyinə görə, o, ögey qardaşları Cünada və Cabir, ögey atası Süfyan ilə birlikdə Efiopiyaya hicrət etmək məcburiyyətində qalır. Məhəmməd peyğəmbər Mədinəyə hicrət etdikdən sonra o, da (Əbu Talibin oğlu, Əlinin qardaşı və Peyğəmbərin əmisi oğlu Cəfər ibn Əbu Talib ilə birlikdə[2]) şəhərə gələrək Süfyanın qohumlarının yanında məskunlaşır. Şurahbil savadlı olması ilə bilinirdi. O, Məhəmmədin katibi olmuş, Quran ayələrini və müxtəlif müqavilələrin mətnlərini yazırmışdır.
Məhəmməd peyğəmbərin İslamı qəbul etməyən ərəblərə qarşı təşkil etdiyi döyüşlərdə fəal iştirak etmişdir. Məhəmməd peyğəmbər ölümündən az əvvəl Şurahbili Misirə səfir göndərir. Peyğəmbərin vəfatından sonra o, Mədinəyə qayıdır. Şurahbil peyğəmbərin ölümündən sonra da Əmr ibn As və Xalid ibn Vəlidin köməkçilərindən biri olaraq, Əhli-Xilafət müsəlmanlarının döyüşlərində, xüsusən mürtədlərlə qarşıdurmalarda iştirak etməyə davam edir. Yəmamə döyüşündə müsəlmanların qələbəsindən sonra xəlifə Əbu Bəkr ərəb qoşunlarını Bizans, Suriya və Fələstinə qarşı hücuma göndərir.
Şurahbil bu yürüşdə ərəblərin dörd sərkərdəsindən biri (Xalid, Əmr və Müaviyənin böyük qardaşı Yezid ibn Əbu Süfyanla) İordaniyaya doğru irəliləyən qoşunlara başçılıq edirdi. Onunla birlikdə, əl-Bələdhuri və ət-Təbərinin məlumatına görə, 7000 döyüşçü var idi. Fələstinin fəthinin sonunda o, Yezidlə birlikdə bölgənin valisi vəzifəsini icra edir, lakin 639-cu ildə onların hər ikisi Amvasda vəba xəstəliyindən dünyasını dəyişir (onlardan başqa Məhəmməd peyğəmbərin bir çox səhabələri bu xəstəlikdən ölür[3]). O, 67 (İbn əl-Əsirə görə) və ya 69 (əl-Bələdhuriyə görə) yaşında dünyasını dəyişir.
[[Kateqoriya::VI əsr ərəbləri]]