Şuruppak

Şuruppak və ya Şuruppaq (Şumer dili: 𒋢𒆳𒊒𒆠 ŠuruppagKI, “Şəfa yeri”), bugünkü adı ilə Tell Fara, İraqın Əl-Qadisiyyə əyalətində, Fərat çayının sahilində yerləşən qədim Şumer şəhəridir. Həm də Nippurdan 56 km cənubdadır. Şəhər hava və taxıl tanriçası Sudanın şərəfinə adlandırılmışdır.

Şuruppak
31°46′39″ şm. e. 45°30′35″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şuruppak xəritədə
Şuruppak
Şuruppak
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1900-cü ildə Hermann Volrath Hilprecht tərəfindən edilən ölçmə və müşahidə işlərindən sonra ilk qazıntı 1902-ci ildə Robert Koldewey və Friedrich Delitzsch tərəfindən edildi və qazıntı 8 ay davam etdi. Qazıntılar zamanı həmçinin, bu gün Berlinİstanbul Muzeylərində qorunan Sarqon Akkadlıdan əvvəlki dövrə aid lövhələr də tapıldı. 1931-ci ilin mart ayında Amerika Şərqşünaslıq Məktəbi və Pensilvaniya Universitetinin əməkdaşlığı ilə bir araya gələn ortaq bir qrup, Schmidt və Samuel Kramerin rəhbərliyi altında 6 həftə qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində bikonveks və 87 lövhə tapıldı ki, bunların əksəriyyəti də Sarqondan əvvəlki dövrə aid idi. 1973-cü ildə Harriet P. Martin üç günlük səthi tədqiqat işi həyata keçirmişdir. Bu araşdırma nəticəsində dulusçuluq tapıntıları göstərdi ki, Şruppak şəhərinin tarixi ən azı Cemdet Nasr dövrünə qədər gedib çıxır, şəhərin inkişafı isə erkən padşahlıq dövründən başlanmışdır.

  1. (unspecified title). doi:10.2307/4200173