Şvabax (alm. Schwabach) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir.
Şvabax | |
---|---|
Schwabach | |
49°19′45″ şm. e. 11°01′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1117 |
Sahəsi | 40,71 km² |
Mərkəzin hündürlüyü | 326 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 39 107 nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 09122, 0911 |
Poçt indeksi | 91126 |
Nəqliyyat kodu | SC |
Digər | |
schwabach.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi.
XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar.
Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır.
XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.