Şvarsvald tortu (alm. Schwarzwälder Kirschtorte) — alman mətbəxinə aid tort[2][3][4][5].
Şvarsvald tortu | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Almaniya mətbəxi | |
Mənşəyi | |
Adlandırılıb | Qara meşə |
Müəllif | Yozef Keller[1] |
Tərkibi | |
Əsas |
|
Təfərrüatları | |
Tipi | Tort |
Şvarsvald tortu 1930-cu illərdə Almaniyada meydana gəlmişdir və hazırda bütün dünyada məşhurdur. Şvarsvald albalılı tortuna şokoladlı biskvitinə kirşvasser hopdurulmuş, içliyi albalıdan hazırlanmışdır. Bəzək üçün tortda albalı və şokolad yonqarından da istifadə edilir. Tortun mənşəyi dürüst məlum deyil və çox güman ki Almaniyanın eyniadlı regionu ilə əlaqəlidir[6][7][8][9].
Almaniya mətbəxi ilə yanaşı İsveç mətbəxində də şvarsvald tortu vardır. İsveç şvarsvaldı kremlə örtülmüş və şokoladla bəzədilmiş formada olur.