Əşnas

Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi.

Əşnas
Vəfat tarixi 844
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]

Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı.

Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, AltayTyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi.

O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı.

İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü. Bütün bu adları çəkilən sərkərdələr böyük hərbi təcrübələrə malik idilər.

Əşnas bir çox savaşlarda özünü doğrultmuşdu.

Fərqanə bölgəsinin irəli gələn ailələrindən olduğu və ölkəsindən gətirilən Türk birlikləriylə Abbasi xilafətinin xidmətinə girdiyi irəli sürülən Əbu Cəfər Əşnas ət-Türkinin Bağdada hansı xəlifə zamanında gəldiyi dəqiq olaraq bilinməməkdədir. Göytürk Dövlətini quran Aşina ailəsinə mənsub olduğu və adının Aşinadan gəldiyi rəvayət edilən Əşnas ilk əsgəri fəaliyyətlərinə Xəlifə Məmun çağında (813 – 833) başlayıb. Mərvdə xəlifə elan edilən və Bağdada dönməyib ölkəni Mərvdən idarə edən Məmuna qarşı Bağdad əhalisi İbrahim b. Mehdini xəlifə elan etdikdə ölkədə qarışıqlıqlar ortaya çıxdı. Mehdi b. Ülvan əl-Haruri adındakı bir Xaricinin Büzürcəsaburda üsyan etməsi üzərinə (202/817–818) İbrahim b. Mehdi, Mütəsim-Billahı üsyanı yatırmağa məmur etdi. Mütəsimin tabeliyindəki Türk sərkərdələri arasında bulunan Əşnas bu üsyanın yatırılmasında önəmli rol oynadı. Daha sonrakı illərdə Məmun tərəfinə keçən Əşnas onun 830-cu ildə Bizansa qarşı etdiyi ilk səfərə ordu başçısı olaraq qatıldı. Müstəqil bir birliyin rəhbərliyinə gətirilərək Sundus (Nevşəhir) Qalasını fəth etdi. Qaynaqlarda bilgi bulunmamaqla yanaşı Əşnasın Xəlifə Məmunun digər səfərlərinə də qatıldığı təxmin edilməkdədir. Məmunun 833-cü ildə ölümü üzərinə Əşnasın da aralarında bulunduğu Türk sərkərdələri Mütəsim-Billahın xəlifə olmasını təmin etdilər. Səmərra şəhərinin qurulmasında bəzi Türk sərkərdələri ilə vəzifə alan Əşnasa Kərx-i Səmərra adı verilən bir bölgə təxsis edildi. Burada özü üçün bir saray, birlikləri üçün də qışlalar və sosial təsislər yapıldı. Əşnas, Mütəsim-Billahın xəlifə olmasından dərhal sonra başlayan əsgəri hərəkata qatılmayıb bu illərdə mərkəzdə qalaraq özəlliklə Səmərranın quruluşunda fəal rol aldı. Onun qatıldığı ilk böyük əsgəri səfər 838-ci ildə edilən Ammuriyə (Amorion) səfəridir. Abbasi ordularının Babək üsyanını yatırmaqla məşğul olduqları sırada Bizans İmperatoru Teofilosun İslam ölkəsinə girərək başda Zibatra olmaqla, Samsat və Malatyanı təxrib etməsinin intiqamını almaq üçün çıxılan Ammuriya səfərində öncü qolların sərkərdəsi olan Əşnas Tarsus civarında ana ordudan ayrılaraq Niydə yaxınlarınadək irəlilədi. Xəlifədən aldığı əmr üzərinə bölgəyə çıxardığı kəşfiyyat qollarından Bizans ordusunun irəliləməkdə olduğunu öyrənərək durumu xəlifəyə və Afşinə bildirdi. Toqat yaxınında Kazovada Bizans qüvvələrini məğlub edən Afşin Ankarada xəlifəyə qatıldı. Ordu yenidən düzənlənərək sol qanad qüvvələrinə Əşnas, sağ qanad qüvvələrinə Afşin başçı təyin edildi. Əşnas Ammuriyənin fəthində də önəmli rol oynadı. Ordu Səmərraya dönərkən Mütəsim-Billaha müxalif olanlar Məmunun oğlu Abbası xəlifə etmək üçün gizlicə yürütdükləri fəaliyyəti sonuclandırmağa qərar verdilər. İlk hədəf ordu və xəlifə üzərindəki Türk nüfuzunu qırmaq idi. Bu səbəblə xəlifə və onun Afşin və Əşnas kimi Türk sərkərdələrini öldürməyi planlayan müxaliflər qənimətlərin bölüşdürülməsi sırasında planlarını yerinə yetirmək istədilər. Əşnas Abbas tərəfdarlarının şübhəli hallarını təqib edərək sui-qəsd təşəbbüsünü ortaya çıxardı. Əsgəri fəaliyyətləri yanında mərkəz və əyalət təşkilatında idarə vəzifələrində də bulunan Əşnas 834-cü ildə Misir valisi oldu. Bu vəzifəsinə 840-da Suriya və əl-Cəzirə valiliyi də əlavə edilmişdir. Əşnas Misirin ilk Türk valisi olub Türk valiləri dönəmi Əhməd b. Tolunun müstəqilliyini qazanmasınadək davam etmişdir. Hicri 226-cı (841) ildə hacib və baş sərkərdə təyin edilən Əşnas eyni il Mütəsim-Billahdan izin alaraq həccə getdi. Başda Məkkə və Mədinə olmaq üzərə yol boyunca uğradığı şəhərlərin idarəsi ona verildi. Buralarda xəlifə ilə birlikdə onun adına da xütbə oxundu. Xəlifə Mütəsim baş sərkərdəlik, haciblik, Misir, Suriya və əl-Cəzirə valiliklərini şəxsində toplayan Əşnasa qiymətli bir tac geydirərək ona güvəndiyini göstərmişdir. Vasiq-Billahın xəlifə olması ilə Əşnasın əsgəri və idarə vəzifələrində bir dəyişiklik olmadı. Hətta xəlifə üzərindəki Türk sərkərdələrinin təsiri artaraq davam etdi. Buna paralel olaraq Əşnas ehtirasdan uzaq, ağıllı siyasəti sayəsində əldə etdiyi mövqeni həyatının sonunadək qorumağı bacardı. Vasiq-Billah da Əşnasa qiymətli bir tac hədiyyə etmişdir. Əşnas 17 oktyabr 844-cü ildə Səmərrada vəfat etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]