Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933[1], Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1 Aprel 1933, Malatya — 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı.
Əşrəf Bitlis | |
---|---|
Doğum tarixi | 1933[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 1993 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu, zabit |
Fəaliyyət illəri | 1952-ci ildən |
Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi. 1978-də tuğgeneralliğe yüksəldi və Bolu Komando Briqada Komandirliyinə gətirildi. 1982-də general-mayor rütbəsinə yüksəldi və Kipr 28. Diviziya Komandiri oldu. 1986-da general-leytenantlığa yüksəldi. 1988-də Kipr Türk Barış Qüvvələri Komandiri oldu. 1990-da generallığa yüksəldi və Jandarma (Türkiyə) Ümumi Komandanı təyin edildi. Bitlis, bölgədə konuşlanmış vəziyyətdə olan Çəkic Güc Qüvvətlərinin Türkiyədən ayrılması lazım olduğunu açıqlayır və ABŞ-nin Şimali İraqda meydana gətirməyə çalışdığı Kürd Dövlətinin Türkiyənin zərərinə olduğunu söyləyirdi. Bu səbəblə Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən bir neçə dəfə hökumətə şikayət edildiyi iddia edildi. 17 dekabr 1992-də Çəkic Gücə bağlı Amerikan döyüş təyyarələri, özlərinə bildirildiyi halda İraqın Səlahəddin şəhərinə getməkdə olan Bitlisən vertolyotuna tacıq uçuşu etdi və vertolyotu enişə məcbur etdi. Komandirliyi dövründə JITEM-in qurularaq mühakiməsiz edamların edilməsinə və etirafçılarla birlikdə silah və narkotik qaçaqçılığı edilməsinə qarşı çıxdığı da mətbuata əks olunmuşdur.
7 fevral 1993-də "İncirlik istiqamətində qalxan ABŞ təyyarələri, PKK-ya kömək paylayır." deyən Əşrəf Bitlis, 17 fevral 1993-də Beechcraft B200 King Air tipi təyyarənin hələ məlum olunmayan səbəblərlə düşməsi nəticəsində öldü. Daha sonra Ridvan Özdən və Bəxtiyar Aydın kimi Bitlisin qrupu içində iştirak edən bəzi yüksək rütbəli hərbçilər vəzifəsi başında öldü.