Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydərabad – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi.
Əbülhəsən Tana şah | |
---|---|
tel. అబుల్ హసన్ కుతుబ్ షా | |
Qütbşahların VIII sultanı | |
1672 – 1686 | |
Əvvəlki | Abdullah şah |
Sonrakı | Böyük Moğollar imperiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 oktyabr 1600 |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Abdullah şahın qızı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır.[1]
1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər. Birdən-birə əsir düşən Əbülhəsənin təslim olmaqdan başqa çarəsi qalmamışdı.
Həyatının son illərini əsirlikdə keçirən şah 1699-cu ildə vəfat etmişdi. Ölümü ilə Qütbşahlar sülaləsi sona çatmışdır.