Əbədi sülh (rus. Вечный мир, lit. Amžinoji taika, pol. Pokój wieczysty) və ya Polşa ənənəsindəki adı ilə Qjimultovski müqaviləsi (pol. Pokój Grzymułtowskiego) — Rusiya çarlığı ilə Reç Pospolita arasında 6 may 1686-cı ildə Moskvada bağlanmış müqavilə. "Əbədi sülh" 1667-ci il Andrusovo müqaviləsinə əsasən, Solsahil Ukraynası, Smolensk voyevodalığı və Seversk torpaqlarının Rusiyaya qaytarılmasını bir daha təsdiq etmiş, Kiyev Rusiyaya verilmişdir. Hər iki dövlət Osmanlı ilə birtərəfli sülh bağlamağı öz öhdəsinə götürmüşdür. Rusiya Krım xanlığına qarşı hərbi yürüş etməyə razılıq vermişdir. "Əbədi sülh" Rusiya–Polşa munasibətlərini nizama salmış və Avropada Osmanlı əleyhinə ittifaqın (Reç Pospolita, Rusiya, Müqəddəs Roma imperiyası, Venesiya) qəti formalaşmasını başa çatdırmışdır.[1]
Əbədi sülh | |
---|---|
İmzalanma tarixi | 26 aprel (6 may) 1686 |
İmzalanma yeri | |
Vikianbarda əlaqəli mediafayllar |