Əbasəlt və ya tam adıyla Xacə Əbasəlt Əbdüssəlam ibn Saleh ibn Süleyman Herəvi — On iki imam şiələrinin 8-ci imamı Əli ibn Musa ər-Rza, 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi və 10-cu imamı Əli ibn Məhəmməd ən-Nəqinin səhabəsi.
Əbasəlt | |
---|---|
Xacə Əbasəlt Əbdüssəlam ibn Saleh ibn Süleyman Herəvi | |
Doğum tarixi | |
Doğum yeri | Mədinə, Hicaz, Ərəb Xilafəti |
Vəfat tarixi | h.q. 236 |
Vəfat yeri | Məşhəd, Xorasan, Ərəb Xilafəti |
Dəfn yeri | |
Atası | Saleh ibn Süleyman |
Milliyyəti | Ərəb |
H.Q. 160-cı ildə Mədinə şəhərində anadan olmuşdur.
Bəsrə, Kufə, Hicaz, Yəmən kimi ərazilərə səfər etmiş və alimlərdən hədis öyrənmişdir.
Ərəb xəlifəsi Abdullah Məmunun hakimiyyəti dövründə 1 il həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra bir müddət Herat şəhərində yaşamışdır.
H.Q. 236-cı ildə vəfat etmiş və indiki Məşhəd şəhərində dəfn olunmuşdur. Sonralar məzarı üzərində türbə-məscid kompleksi inşa olunmuşdur.