Əbdül Muis

Əbdül Muis (ind. Abdoel Moeis;[1] 3 iyul 188317 iyun 1959, Bandunq) — İndoneziya yazıçısı, jurnalisti və tərcüməçisi, müasir İndoneziya realist nəsrinin qabaqcılı. İndoneziyanın Niderlanddan müstəqilliyi uğrunda hərəkatın iştirakçılarından biri.

Əbdül Muis
Doğum tarixi 3 iyul 1883(1883-07-03)
Vəfat tarixi 17 iyun 1959(1959-06-17) (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti jurnalist, siyasətçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərbi Sumatradakı Sunqay-Puarda anadan olmuşdur. Cakartada üç il tibb təhsili almış,[2] lakin xəstəliyinə görə təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalmışdır.[3] Onun ilk işi dövlət xidməti ilə bağlı idi, lakin daha sonra Əbdül Muis İndoneziyadakı Niderland müstəmləkə hakimiyyətlərini tənqid edən bir jurnalistə çevrilmişdir.[1] O, Qərb müəlliflərinin əsərlərini İndoneziya dilinə tərcümə etmişdir: Servantesin "Don Kixot" (1923), Mark Tvenin "Tom Soyyerin macəraları" (1928), Hektor Malonun "Ailəsiz" (1932) əsərləri buna nümunədir.

Muis İndoneziyanın siyasi həyatında daha çox iştirak etmək ümidi ilə "Sarekat İslam" azadlıq hərəkatına qoşulmuşdur.[2] İndoneziyanın müstəqilliyi məsələsinin sülh yolu ilə həllinin faydasız olduğuna əmin olmuş, ölkənin müstəmləkə hakimiyyətlərindən zorakı formada azad edilməsinin tərəfdarı idi. Buna baxmayaraq, o, daha sonra Niderland hakimiyyətinin yaratdığı nümayəndəlik orqanı olan Xalq Şurasının üzvü olmuşdur. 1922-ci ildə Muis Cogyakarta şəhərindəki tətildə iştirak etmiş, buna görə həbs edilmiş və cəzasını Qərbi Yavanın Qarut şəhərində çəkməyə göndərilmişdir.[1]

1959-cu ildə vəfat etmişdir. Bandunq şəhərində dəfn olunmuşdur.

  1. 1 2 3 Moeis, Abdoel. Never the twain. Jakarta, Indonesia: Lontar. 2010. ISBN 978-979-8083-54-9.
  2. 1 2 Teeuw, A. Modern Indonesian Literature. The Hague: Martinus Nijhoff. 1967.
  3. "Abdul Muis (1883–1959)". Badan Bahasa. 1 March 2009. 23 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]