Əbdülbasit Əbdüs-Səməd

Əbdülbasit Məhəmməd Əbdüs-Səməd (ərəb. عبدالباسط عبدالصمد d. 1 yanvar 1927-ci il – ö. 30 Noyabr 1988-ci il) — İslam dünyasının görkəmli Quran qarisi, tilavət qaydalarının pionerlərindən biri. Qurani-Kərimi xüsusi həzin üslubda oxumaqla fərqlənmişdir.

Əbdülbasit Məhəmməd Əbdüs-Səməd
ərəb. عبد الباسط عبد الصمد
ərəb. عبد الباسط محمد عبد الصمد سليم داوود
Doğum tarixi 2 yanvar 1927(1927-01-02)
Doğum yeri Ərmənt, Misir
Vəfat tarixi 30 noyabr 1988(1988-11-30)[1] (61 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Misir
Milliyyəti Ərəb
Fəaliyyəti Quran qiraəti
Mükafatları Kedra milli ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdülbasit 1927-ci ildə Misirin cənubunda Qina əyalətinə bağlı olan, Ərmənt şəhərinin Məzaizə kəndində anadan olmuşdur. O, Qurani-kərimin hifzi və qiraətinə diqqət və maraq göstərilən bir yerdə dünyaya göz açır. Babası Əbdüs-Səməd quran hafizlərindən və təqvalı şəxslərdən sayılırdı. Qardaşları ilə birlikdə 6 yaşında quranı hifz etməyə başlayır.

Ustadı şeyx Əmir, onun fövqəladə istedadına və qiraət məharətinə heyran qalır. Çünki O, öz həmyaşıdlarından daha çox quranı öyrənib, ustadının tapşırıqlarını diqqətlə yerinə yetirməyə can atırdı.

1950-ci ildə ustad Əbdülbasit, xanım Zeynəbi-Kübranın(ə) ziyarətinə gedir. Bu ziyarətə səbəb, məşhur qarilərdən olan ustad Əbdül-Fəttah Şəşai, Mustafa İsmail, Əbdül-Əzim Zahir və Əbül-Əynəyn Şüeyşə kimi məşhur ustadların orada quran məclisi təşkil etməsi idi. Zeynəbiyyə məscidində gecənin yarısının keçməsinə baxmayaraq əhlibeyt(ə) aşiqlərilə dolub daşırdı. Bu vaxt ustad Əbdül-Basitin yaxınlarından biri məclisi təşkil edənlərdən ustad Əbdül-Basitin 10 dəqiqəlik tilavət etməsini xahiş etdi. Ustad Əbdül-Basit tilavət üçün minbərə çıxır. Bu zaman məscid sükuta qərq olur. Hamı bu gənc və cəsur qarinin tilavətini səbirsizliklə gözləyirdilər. Bir neçə dəqiqə keçmişdi ki, sükut öz yerini uca fəryad və dəstəklərlə əvəz etdi. Hamı ustada “Allah yəftəh ələyk”, “Allahu Əkbər” kimi kəlmələrlə dəstək verirdi. Məsciddə hazır olanlar elə hiss edirdilər ki, divarlar Allahı təsbih və tənzih edirlər. O gecə 10 dəqiqəlik tilavət, 1 saat yarıma qədər davam edir.[2]

Radioya dəvət

[redaktə | mənbəni redaktə et]

Zeynəbiyyə məscidindəki tilavətinin bərəkətindən 1951-ci ilin sonlarında ustad Zəbbanın vasitəsilə Misir radiosuna dəvət alır. Ustad Zəbba Zeynəbiyyə məscidindəki tilavət kasetini radionun münsiflər heyətinə təqdim edir. Onlar ustad Əbdül-Basitin fövqəladə səsi və tilavət qaydalarını dəqiq yerinə yetirməsindən təəccüb edirlər. Elə həmin ildə ustad Əbdül-Basit Misir radiosunun parlayan və sevilən qarilərindən olur. Milyonlar insanın qəlbində öz yerini tapır və hamı tərəfdən onun ilahi bir nemət olduğu deyilirdi.

Xarici ölkələrə səfər

[redaktə | mənbəni redaktə et]

Ustad Əbdülbasit quran qiraəti və təbliği üçün istər Ramazan ayında istərsədə digər aylarda dünyanın müxtəlif ölkələrinə səfər etmişdir. Hətta bəzi dəvətləri sırf məclis xatirinə deyildi. Çünki ustadı sevənlər və tərəfdarları onun vücudunun sevinc və şadlıq gətirdiyinə inanırdılar. Buna sübut olaraq ustadın rəsmi və dövlət tərəfindən qarşılanmağını göstərmək olar. Pakistana səfəri zamanı bu ölkənin başçısı tərəfindən havalimanında qarşılanır. İndoneziyanın paytaxtı Cakartada ən böyük məsciddə tilavət edərkən 1 km fasilə məsafəsində və 250000 müsəlmanın səhərə kimi ayaq üstə ustadın tilavətini dinləməsi onun nə qədər sevilməsinə başqa bir sübutdur. Hindistana səfəridə böyük izdihamla qarşılanır. Ustad, təkcə müsəlman ölkələrinə səfər etməklə kifayətlənmir. Bəlkə dünyanın bütün nöqtələrində yerləşən və qəlbləri quran eşqilə döyünən müsəlmanlarla görüşür. Tilavət etdiyi məşhur məscidlərdən: Məscidul-həram, Məscidi-Nəbəvi, Qüdsdə Məscidul-Əqsa, Məscidi İbrahimi, Dəməşqdə Əməvi məscidi, Asiyanın məşhur məscidləri, Afrika, Amerika birləşmiş ştatları, Fransa, London və digər ölkələr olmuşdur.

Ustad Əbdül-Basitin şah əsərlərindən və tilavətlərindən olan Həşr,Təkvir və Fəcr surəsinin son ayələrini Bağdadda imam Kazım(ə) və imam Cavadın(ə) hərəmində yerinə yetirmişdir. Ustad bu tilavət haqqında belə deyir: Məclisdə qəribə bir mənəvi təsirə düşmüşdüm.Tilavətimdən öncə imam Kazım(ə) və imam Cavaddan(ə) icazə aldım. Ustadın digər məşhur qiraətlərinə, Əhzab, Yusif, Həcc, Qəmər- Ər-Rəhman, Furqan-Bələd-Nəsr, Məryəm-Tariq-Fəcr-Bələd-Zuha-İnşirah, Bəqərə-Fələq-Nas-Həmd-Nəsr və İxlas surələrini nümunə göstərmək olar.

Ustad Əbdulbasitin 114 surənin möhtəşəm tilavətinin dinləyə bilərsiniz.[3]

Ustadınşəkər xəstəliyilə mübarizəsi şiddətlənir. O, müxtəlif qidalarla bu xəstəliyə qarşı mübarizə aparsada qaraciyər iltihabınında artması bu mübarizənin qarşısını alır. Nəhayət 1988-ci il 30 fevral tarixində ustad fani dünyayla vidalaşır. Ustadın cənazə mərasimində minlərlə quransevər və müxtəlif ölkələrdən gələn şəxsiyyət və səfirlər iştirak edirlər. Ustadı böyük hüzn və kədər içində son mənzilə yola salırlar.

  1. Freebase Data Dumps. Google.
  2. "Əbdülbasit kimdir?". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  3. Əbdülbasitin 114 surənin tilavəti[ölü keçid]


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]