Əbdülhəmid ibn Badis

Əbdülhəmid ibn Badis (4 dekabr 1889, Qüsəntinə, Qüsəntinə vilayəti[d][3][4]16 aprel 1940[1][2][…], Qüsəntinə, Qüsəntinə vilayəti[d][5]) — Görkəmli əlcəzairli müsəlman alim, islahatçı

Əbdülhəmid ibn Badis
ərəb. عبد الحميد بن باديس
Doğum tarixi 4 dekabr 1889(1889-12-04)
Doğum yeri
Vəfat tarixi 16 aprel 1940(1940-04-16)[1][2][…] (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdülhəmid ibn Badis 1889-cu il dekabr ayının 4-də Əlcəzairin şimal-şərqindəki Konstantin şəhərində, ziyalı ailəsində anadan olub. Ölkəsində islam islahat hərəkatının simvolu hesab olunan Şeyx İbn Badisin soyu X əsrdə Bulucin ibn Ziri tərəfindən qoyulmuş sülaləyə gedib çıxır.

Dindar ailə boya-başa çatan gənc Əbdülhəmid 13 yaşında ikən Qurani-Kərimi əzbərləyir. Daha sonra vəsayətinə verildiyi Həmdan Lunissi ibn Badisin üzərində böyük iz buraxır. İbn Badis ömrünün sonunadək Lunissinin müxtəlif məsələlərə dair məsləhətlərini unutmur. Lunissi ona "elm sevgi üçündür, mənsəb üçün deyil" prinsipini öyrətmişdi.

Konstantin şəhərinin müsəlman əhalisinin hüquqlarının müdafiəçisi kimi də tanınan Lunissi İbn Badisdən Fransa ordusunda üçün xidmət etməyəcəyinə dair vəd alır.

1908-ci ildə İbn Badis təhsilini artırmaq üçün ilk dəfə ölkə hüdudlarından kənara çıxmaq qərarına gəlir. Tunisə yollanan Əbdülhəmid burada dövrünün tanınmış və nüfuzlu elm ocağı sayılan, islam elmlərinin tədris olunduğu Zeytuna universitetinə daxil olur.

Zeytuna universitetində ibn Badisin fikir və düşüncələri təkmilləşir. Universitetdə bir çox görkəmli müsəlman alimdən ərəb dilinin incəliklərini və islam elmlərini öyrənən Əbdülhəmidin bir şəxsiyyət kimi və İslamla bağlı fikirlərinin formalaşmasında sözügedən alimlərin mühüm rolu olur. Bu alimlər onda silinməz iz buraxır.

Şeyx Məhəmməd Nəqlinin təlimi onu müsəlman ictimaiyyətini müqəddəs təriqət kimi qeyri-düzgün dini təlimlərdən təmizləməsinin vacibliyinə inandırır. Şeyx Məhəmməd Tahir ibn Aşur ibn Badisə ərəb dilinin gözəlliklərini kəşf etmək imkanı verir. Şeyx əl-Bəşir Səfərlə tanışlığı onu müsəlman ictimaiyyətinin mövcud və keçmiş problemlərinə, o cümlədən, qərb müstəmləkəçiliyinə və onun sonrakı sosial-iqtisadi təsirlərinə cavab axtarmağa sövq edir.

1912-ci ildə universitetdən məzun olmasına baxmayaraq ibn Badis orada təhsilini hələ bir müddət davam etdirir.

Zeytun universitetində təhsilini tamamladıqdan sonra həcc ibadətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına yollanan ibn Badis Mədinədə üç ay qalır və burada, Peyğəmbər məscidində zəvvarlara və şəhər sakinlərinə müxtəlif dini mövzularda dərslər keçir. İbn Badis Mədinədə ikən müsəlman islahatçı alim Şeyx Bəşir əl-İbrahimi ilə tanış olur. Müntəzəm surətdə görüşən alimlər Əlcəzairdə həyata keçirməyə planlaşdırdıqları islam islahatları planını hazırlayırlar.

Bu islam hərəkatını Əlcəzairdə mühüm mövqeyə çatdıran uzun dostluğun başlanğıcı olur. Mədinədə məskunlaşan digər islahatçı Şeyx Hüseyn Əhməd əl-Hindi (Mədəni) İbn Badisin bacarıq və biliyindən təsirlənir. O, daim İbn Badisi Əlcəzairə qayıdaraq, orada destruktiv Marabutik ideyalarına qarşı fəaliyyət göstərməyə, Fransa işğalı altındakı Əlcəzairin müsəlman əhalisinin dini və mədəni baxımdan geriləməməsi və cəhalətin qarşısını almaq üçün ölkəsində iş görməyə inandıra bilir.

İbn Badis Səudiyyə Ərəbistanını tərk etdikdən sonra Suriya və Misirə səfər edir. Qahirə şəhərinin əl-Əzhər məscidində o, bir çox tanınmış ərəb filoloqları və müsəlman alimlərlə görüşür.

1913-cü ildə Əlcəzairə qayıdan ibn Badis doğma şəhəri Konstantinə gələrək, Sidi Qammuç məscidində təlim prosesinə start verir. Onun dərslərində kişilərlə yanaşı, qadınlar və gənclər də iştirak edirlər. İbn Badis xalqa islam elmlərini, ərəb dili və ədəbiyyatını, eləcə də tarixini öyrədir. Alim bir müddət sonra ölkənin müsəlman alimlərini və liderlərini bir çətir altında toplayacaq təşkilat yaratmaq ideyası haqda düşünür.

1931-ci ildə İbn Badis Əlcəzair Müsəlmanları Konqresinin yaradılmasında mühüm rol oynayır. Konqresin fəaliyyəti uzunömürlü olmur və o, 1937-ci ilin yayında ləğv edilir. Qısa müddət sonra isə İbn Badis yaratdığı Əlcəzair Müsəlman Alimlər Assosiasiyasının (ƏMAA) sədri seçilir. Təşkilat özündə ölkənin bir çox müxtəlif və bəzən əks fikirli müsəlman alimlərini birləşdirir. Ölkədə müstəqillik uğrunda müharibə başlayanadək ƏMAA Əlcəzairin islamtəmayüllü və müsəlman siyasətçiləri üzərində böyük nüfuza malik olur.

İbn Badis elə həmin illərdə ölkədə minlərlə azyaşlının təhsil aldığı elm ocaqları yaradır. ƏMAA-nın nəzdində dərc olunan "əl-Cihab" aylıq jurnalı 1925-ci ildən 1940-cı ilədək, İbn Badisin vəfatınadək müntəzəm işıq üzü görür. Jurnal oxucularını assosiasiyanın dini ideya və fikirləri, eləcə də digər dini və siyasi məsələlər barədə məlumatlandırırdı.

İbn Badis 1940-cı il aprelin 16-da doğulduğu Konstantin şəhərində vəfat edib.

İbn Badis ömrünün İslam təliminin doğru-düzgün təliminə, Əlcəzair mədəniyyətinin fransız dəyərləri tərəfindən həzm etdirilməsinə qarşı mübarizəyə həsr etmiş alim, islahatçıdır. Digər bir sıra əlcəzairli müsəlman alimlər kimi o da ölkəsində faşist təbliğatına və fransız işğalçılarının anti-semit intriqalara qarşı çıxmış, bu sahədə əməli iş görmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]