Əbdülhaq Ağsaqqal oğlu Abdullayev (özb. Abdulhaq Oqsoqolovich Abdullayev; 30 dekabr 1918[1], Türkistan[1] – 29 oktyabr 2001, Daşkənd) — Özbəkistan portret rəssamı,[2] Özbəkistan SSR xalq rəssamı (1968), Özbəkistan Rəssamlıq Akademiyasının fəxri üzvü.[3]
Əbdülhaq Abdullayev | |
---|---|
özb. Abdulhaq Abdullayev | |
Doğum tarixi | 30 dekabr 1918[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 2001 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Mükafatları |
Əbdülhaq Ağsaqqal oğlu Abdullayev 30 dekabr 1918-ci ildə Türkistan şəhərində anadan olmuşdur. Uşaqlıq illərində rəsm çəkməyə meyli müəyyən edilmişdir. 1928-ci ildə o, Daşkənddəki fəhlə məktəbinə daxil olmuş, burada digər fənlərlə yanaşı, rəsm çəkməyin əsasları ilə də tanış olmuşdur. Abdullayev məktəbdə rəssamlıq peşəsi haqqında ciddi düşünməyə başlamışdır. 1931-ci ildə rəssamlıq məktəbi yerləşdiyi Səmərqənd şəhərinə köçürülmüşdür. Abdullayev hansısa aktyorun portretinin surətini yazmışdı və məktəbdə yoxlanılanda onu imtahansız tələbə kimi qəbul etmişdilər. 1938–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.[4]
1940-cı, 1946-cı, 1953-cü illərdə Daşkənddə rəssamın əsərlərindən ibarət sərgilər keçirilmişdir. Abdullayev sənətlə bağlı bir sıra məqalələrin müəllifidir. 1950–1957-ci illərdə Rəssamlıq Məktəbində 1950–1957 və 1955–1957-ci illərdə Daşkənddə Nizami adına Pedaqoji İnstitutunda dərs demişdir. Rəssamın rəsmləri Özbəkistan, Rusiya, İtaliya, Hindistan və dünyanın digər ölkələrinin muzeylərində saxlanılır.[4]
29 oktyabr 2001-ci ildə vəfat etmişdir. O, "Çiğatay" xatirə qəbiristanlığında dəfn edilmişdir.